Bakı 18 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

Mövlud Çavuşoğlu BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə görüşüb. Nazir bu barədə tviter hesabında yazıb. Tərəflər Suriyadakı durumu müzakirə ediblər.

Türk Dövlətləri Təşkilatı liderlərinin növbəti görüşünün tarixi və yeri açıqlanıb

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin növbəti Zirvə Görüşünün keçiriləcəyi tarix və yer açıqlanıb. Gulustan.info-nun məlumatına görə, təşkilatın Ağsaqqallar Şurasının İstanbulda keçirilən iclasında çıxış edən Baş katib Bağdad Amreyev qeyd edib ki, növbəti Zirvə Görüşü 11 noyabr 2022-ci ildə Özbəkistanda keçiriləcək. Onun sözlərinə görə, artıq baş katiblik tərəfindən Zirvə Görüşünə hazırlıq başlayıb. Xatırladaq ki, […]

KİV: Putin Türkiyəyə fevralın 14-də səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə fevralın 14-də səfər edə bilər. Bu barədə Rusiyanın diplomatik mənbələrinə istinadla “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, səfər tarixi dəqiq məlum deyil, amma Putinin ayın 14-də Türkiyəyə getməsi mümkündür. Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarlarını ölkəyə dəvət etmişdi.

Çavuşoğlu “Taliban” nümayəndəsi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Taliban” hökumətinin xarici işlər nazirinin müavini Müttəki ilə görüşüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Görüşdə Əfqanıstana göndəriləcək yardım, bu ölkədə bəzi fəal qadınların itkin düşməsi və Kabil hava limanının fəaliyyəti müzakirə olunub.

Moldova XİN rəhbəri pandemiya dövründə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib

Azərbaycan pandemiya dövründə Moldovaya tibbi yardım göstərdi. Buna görə Azərbaycana təşəkkür edir və bu dəstəyi yüksək qiymətləndiririk. Bunu Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycan və Moldova daim bir birini dəstəkləyir. “İki ölkə arasında […]

Ermənistan sərhəddinə kimi olan dəmir yolunda işlərin 2023-cü ildə tamamlanması nəzərdə tutulur — Ceyhun Bayramov

Azərbaycan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı nəqliyyat kommunikasiyasını bərpa etmək üçün üzərində düşən öhdəliyi yerinə yetirir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan Ermənistan sərhəddinə kimi 110 kilometrlik dərmir yol […]

Azərbaycan və Moldova XİN başçılarının görüşü başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və moldovalı həmkarı Niku Popesku arasında görüş başlayıb. Gülüstan.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, Ceyhun Bayramov Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu XİN-in binası önündə qarşılayıb.

Azərbaycan XİN Ermənistana cavab verib

«Ermənistan XİN-inin yaddaşını təzələyirik: Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu ərazilərdə geniş miqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. «Ermənistan Azərbaycanın 9 şəhəri və yüzlərlə […]