Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edir

İyunun 17-də Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası işinə başlayıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada “Turizm və davamlılıq”, “Yerli səviyyədə davamlılığın artırılması”, “Turizm və daxiletmə: sosial ölçü”, “Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr keçirilib. 37 ölkədən və 5 beynəlxalq təşkilatdan […]

Türkiyə ABŞ-ın S-400 raketi ilə bağlı heç bir tələbinə əməl etməyəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiya ilə bağlanmış müdafiə müqaviləsi üzrə mövqeyinin dəyişmədiyini bildirib. «Anadolu»ya istinadən xəbər verilir ki, o bunu bazar günü Suriya ilə həmsərhəd Hatay əyalətinə səfəri zamanı deyib. «Ankara ABŞ-ın S-400 zenit raket kompleksləri ilə bağlı tələblərini qəbul etməyəcək», — deyə XİN rəhbəri vurğulayıb. Rusiyadan alınan S-400 sistemlərinin ilk […]

İran ilə ABŞ arsında müharibə ehtimalı nə qədərdir?

Son bir ildə əksəriyyəti düşündürən məsələlərdən biri Amerika Birləşmiş Ştatları ilə İran arasında müharibənin baş tutub-tutmayacağıdır. İki ölkə arasında müharibə ehtimalından danışmazdan əvvəl Tramp administrasiyasının İrana baxışına qısa nəzər salmaq yaxşı olardı. Donald Tramp hələ prezident seçkilərindən öncəki təbliğat-təşviqat kampaniyası zamanı seçildiyi təqdirdə, ilk işinin İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasını ləğv etmək olacağını […]

Rusiyalı politoloq Andrey Piontkovski: «Putin ölən kimi Krım Ukraynaya veriləcək»

Ukraynanın heç bir halda Rusiya qarşısında kapitulyasiyasına izn vermək olmaz Bunu açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski deyib. Onun sözlərinə görə, Rusiyaya Ukraynanın parçaları yox, özü lazımdır və bunun üçün də Kreml daimi olaraq bütün Ukraynanı destabilləşdirir: «İşğal edilmiş Donbas Ukraynaya Putinin ölümündən dərhal sonra qaytarılmalıdır. Krım isə rus imperiya layihəsinin ölümündən bir xeyli sonra Ukraynanın […]

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn Vaşinqton görüşündən nə gözləmək olar? — XİN açıqlama yaydı

Son zamanlar Ermənistan rəsmilərinin bu ölkənin işğalçı siyasətini açıq bəyan edən çıxışları və hərəkətləri ilə gündəmə gəlir. Ermənistan müdafiə naziri Azərbaycan hərbi qulluqçusunu qətlə yetirənləri şəxsən mükafatlandırır. Belə bir şəraitdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn Vaşinqton görüşündən nə gözləmək olar? Bununla bağlı sualı cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva […]

G20 sammiti 25 min polis tərəfindən mühafizə olunacaq

Yaponiyanın Osaka şəhərində 30 minə yaxın şəxsin iştirakı ilə keçiriləcək G20 sammitini 25 min polis əməkdaşı qoruyacaq. Bu barədə «Kiodo» agentliyi  məlumat yayıb. Məlumata görə, sammitlə əlaqədar olaraq nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər olacaq. Hökumət dəmir yollarında saxlanc yerlərindən istifadəyə qadağa qoymaq niyyətindədir. Bundan əlavə, Osakanın mərkəzi vağzalından bütün zibil qutuları yığışdırılacaq. Həmçinin bir çox mağazaların […]

ABŞ Oman körfəzində tanker hücumlarına görə İranı səbəbkar bildi

İran hakimiyyəti Oman Körfəzindəki iki tankerə edilən hücuma görə məsuliyyət daşıyır. Bu barədə jurnalistlərə ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib. M.Pompeo qeyd edib: «ABŞ hökuməti hesab edir ki, İran İslam Respublikası Oman Körfəzindəki bu dəfəki hücumlara görə məsuliyyət daşıyır». Mənbə trend.az

Sudanda dövlət çevrilişinə cəhd olunub

Sudanda növbəti dəfə hərbi çevriliş cəhdi baş verib. Çevriliş cəhdinin qarşısı alınıb. Bir qrup hərbçi Müvəqqəti Hərbi Şuranı devirməyə çalışıb. Məlumatlara əsasən, 68 zabit hadisə ilə əlaqədar saxlanılıb. Xatırladaq ki, Sudanın mudafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü və iki il müddətində ölkəni idarə edəcək Hərbi Şuranın yaradılması […]