Bakı 30 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Çavuşoğlu Rusiyaya gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək. Türkiyə XİN başçısının Moskvaya səfəri sabah baş tutacaq. “Sabah Türkiyə xarici işlər nazirinin Moskvaya səfəri planlaşdırılıb”, — Rusiya KİV-i diplomatik mənbəyə istinadən məlumat yayıb. Qeyd edək ki, dünən Çavuşoğlu ilə Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

«Lavrovla danışdım, yaxın günlərdə yaxşı xəbərlər gözləyirik» — Çavuşoğlu

«Ötən gecə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışdım. Yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”. Gulustan.info xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O,  həmçinin Ukraynada olan Türkiyə vətəndaşlarının təxliyəsi davam etdiyini açıqlayıb.  Onun sözlərinə görə, Ukraynadan digər xalqların nümayəndələrini də təxliyə edirlər.

İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Kiyev tərəfdaşları ilə tam qarşılıqlı anlaşmaya malikdir — Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edib ki, mövcud şərait fonunda ölkənin tərəfdaşları ilə tam qarşılıqlı anlaşma var. Bu barədə o, Prezident Aparatının Telegram kanalında yerləşdirilmiş videomüraciətində bildirib. V.Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Polşa prezidenti Anjey Duda və Lüksemburqun baş naziri Xavier Bethel ilə danışdığını bildirib. «Qarşılıqlı anlaşma 100 faizdir», — prezident vurğulayıb. […]

İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti arasında telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Bunu Ş.Mişel tviter səhifəsində yazıb. Liderlər regional prosesləri, o cümlədən Cənubi Qafqazdakı durumu və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Azərbaycanın Ermənistana təklif etdiyi 5 şərt açıqlanıb

Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in «Azərbaycan tərəfi iki dövlət arasında münasibətlərin normallaşmasına dair Ermənistan tərəfinə baza prinsiplərini təqdim etdikdən sonra, Ermənistan tərəfi sülh danışıqları ilə bağlı Minsk […]

İran XİN başçısı Moskvaya səfər edəcək

Sabah Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş olacaq. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib. Görüş İran XİN başçısının Rusiyanın paytaxtı Moskvaya rəsmi səfəri çərçivəsində baş tutacaq.

Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma «parlament seçkiləri» ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Abxaziyada keçirilmiş qondarma «parlament seçkiləri» ilə bağlı bəyanat yayıb. Nazirlikdən Gulustan.info-ya verilən məlumata görə, bəyanatda deyilir: «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma «parlament seçkiləri»ni, həmçinin onların nəticələrini tanımır. Azərbaycan Xarici İşlər Nazirliyi […]