Pentaqona qarşı İran-Rusiya-Çin üçbucağı – Böyük hərbi təlimlər başlayır

ABŞ-ın Hind okeanında hərbi fəallığı yalnız İranın deyil, Çin və Rusiyanın da maraqlarına toxunur. Odur ki, bu dövlətlər də ABŞ-ın bu istiqamətdəki addımına qarşı əks addım atırlar İran İslam İnqilabından sonra İran ilk dəfə olaraq regionun iki ən böyük dövləti ilə birlikdə hərbi təlimlər keçirəcək. Bu barədə İran silahlı qüvvələrinin baş qərargahının beynəlxalq məsələlər idarəsinin […]

Ruhani ABŞ-a gedəcək

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani yüksək səviyyəli nümayəndə heyətilə ABŞ-a səfər edəcək. «Tasnim» agentliyi verdiyi xəbərə görə, Həsən Ruhani BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka yola düşəcək. İran Prezidentinin BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışı, eləcə də bir sıra hökumət və dövlət başçıları ilə görüşləri və mətbuat konfranslarında iştirakı planlaşdırılıb.(APA) […]

ABŞ bu dəfə İranın Milli Bankına sanksiya tətbiq edib

ABŞ İranın Milli Bankına sanksiya tətbiq edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.  ABŞ Prezidenti İranın əsas maliyyə institutuna qarşı tətbiq olunan iqtisadi məhdudiyyətin detallarını açıqlamayıb. Tehrana qarşı hərbi ssenarinin mümkünlüyünə toxunan D. Tramp qeyd edib ki, ABŞ həmişə bu seçimə hazırdır. Mənbə apa.az

Yerevanda ara qarışdı — Həbsxanada iğtişaş

İrəvanın “Nubaraşen” təcridxanasında iğtişaş baş verib. Bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, iğtişaşa səbəb Ermənistanın Cinayət Məcəlləsində qanun oğrularla (düzəlişə əsasən, qanuni oğru adını daşıyan istənilən şəxs cinayət məsuliyyətinə cəlb ediləcək – red.) bağlı edilən düzəliş olub. İğtişaşda ümumilikdə 115 məhkum iştirak edib. İğtişaşın yatırılması üçün təcridxana rəhbərliyi təkcə polis və Milli Təhlükəsizlik Xidmətinə […]

ABŞ bu dəfə onları ölkədən qovdu — Siyasi qalmaqal

ABŞ BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu Yorka gələn Kuba nümayəndə heyətindən ölkəni tərk etməsini tələb edib. Bu barədə danışan ABŞ Dövlət Katibliyinin sözçüsü Morqan Ortaqus Kubanın iki nəfərdən ibarət nümayəndə heyətinin ölkənin milli təhlükəsizliyinə zərər verdiyini söyləyib. O, Tvitter hesabında qeyd edib ki, ABŞ milli təhlükəsizliyinə qarşı hər cür təşəbbüsü ciddiyə […]

Çağırış! Rusiyanı çökdürmək lazımdır

Beynəlxalq ictimaiyyət Rusiyanın çökdürülməsini özünə hədəf seçməlidir. Bu sözləri Ukraynanın Serbiyadakı səfiri Aleksandr Aleksandroviç məqaləsində qeyd edib. O bildirib ki, sivil dialoq cəhdləri Kreml rejiminin quruluşu ilə ziddiyyət təşkil edir. Səfir əlavə edib ki, Rusiyanın çökdürülməsi hərbi yolla deyil, sanksiyalarla da mümkündür. Mənbə axar.az

Vaşinqton Tehrana qarşı! Böyük koalisiya yaradılır

Məlumata əsasən, sözügedən plan bu həftənin əvvəlində Bəhreyndə 28 ölkənin nümayəndəsinə təqdim olunub. Birləşmiş Ştatlar beynəlxalq koalisiya yaratmaq niyyəti ilə, həmçinin artıq bu ilin noyabrından İran yaxınlığında sularda patrulun həyata keçirilməsi üçün 55 gəmi cəlb etmək niyyətindədir. «RİA Novosti«-yə istinadən xəbər verilir ki, bu barədə Yaponiyanın «Kiodo» nəşri məlumat yayıb. Agentlik bildirib ki, ABŞ problemlə […]

Netanyahu İrana qarşı daha sərt sanksiyalar istədi

İsrailin baş naziri Benyamin Netanyahu Amerika prezidenti Donald Trampın İrana qarşı yeni kəskin sanksiyaların qəbul ediləcəyilə bağlı səsləndirdiyi fikirləri doğru və yerində adlandırıb. O qeyd edib ki, İran rejiminin regionda, xüsusilə də körfəzdə təxribatçı addımlarının artdığı bir vaxtda bu rejimə qarşı sanksiya və təzyiqlərin kəskinləşdirilməsi doğru addımdır. Netanyahu prezident Trampın bu cür addım atmasından məmnun […]