İran ərəb paytaxtlarını ələ keçirmək, onların həyatını zindan etmək niyyətindədir — Yəmən prezidenti

Yəmən prezidenti Əbd Rəbbuh Mənsur Hadi martın 31-də Tunisdə keçirilən Ərəb Dövlətləri Liqasına üzv ölkə başçılarının toplantısında çıxış edərək, İranın yaraqlı husilərə dəstəyindən və bölgənin ərəb ölkələrinin daxili işlərinə qarışmasından danışıb Öz çıxışında husiləri İranla birləşərək Yəmənin qanuni hökumətinə qarşı üsyan qaldırmaqda günahlandıran Əbd Rəbbuh Mənsur Hadi, deyib ki, İran İslam Respublikası husilərə dəstək verməklə, […]

BBC və Amerikanın Səsi qadağan edildi

Mərkəzi Afrika ölkəsi Burundi ölkədə BBC telekanalı və «Amerikanın Səsi» radiosunun fəaliyyətini dayandırıb BBC-nin Burundidə fəaliyyətinə qadağa qoyulub, «Amerikanın Səsi» isə müvəqqəti olaraq yayımlanmayacaq. BBC barədə bu qərar ölkədəki gizli həbsxanalar və işgəncələrlə bağlı çəkdiyi sənədli filmə görə verilib. «Amerikanın Səsi» radiosunun müxbiri isə hakimiyyəti tənqid edib.Burundi hökumətinin qərarı media azadlığı əleyhinə addım kimi qiymətləndirilib. […]

Mart Soyqırımı — Bir xalqın məhvi planından 101 il ötür

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin […]

Erməni nazirin təxribat çıxışına Azərbaycan XİN QƏTİ CAVAB verdi

«Ermənistan müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı «sülh naminə ərazi» formulasının əvəzinə «yeni ərazilər üçün yeni müharibə» fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır». Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin şərhində qeyd olunub.Bildirilib ki, Ermənistan Baş nazirinin Vyanada Azərbaycan dövlət başçısı […]

Sabah Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək

Martın 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu gün təbliğat-təşviqat işləri başa çatır. Ali Seçki Komissiyası səsvermə məntəqələrinin fəaliyyətə hazırlığını təsdiq edib. Anadolu agentliyi seçkilərə aid məlumatları 13 dildə 2500 xarici və yerli kütləvi informasiya vasitəsilə paylaşacaq.Səsvermə ilə bağlı ölkədə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 39 min nəfərlik şəxsi heyət […]

İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. Xəbər yenilənəcək

Fransalı həmsədr Azərbaycan prezidenti və Ermənistan baş nazirinin görüşünə şərh verib

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün məzmunlu və səmərəli olduğunu bildirib. «Görüş uzun, məzmunlu, səmərəli keçib. Ümidvarıq ki, bu, belə davam edəcək”, — deyə fransalı həmsədr qeyd edib. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün […]

Trampın yeni oyunu — DOSTunu BB-da baş nazir etmək istəyir

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın sabiq XİN rəhbəri Boris Consonu bu ölkənin baş naziri vəzifəsinə namizəd qismində dəstəkləyir. Bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərin sabiq XİN rəhbərinin baş nazir vəzifəsinə təyin edilməsinin mümkünlüyü barədə sualını cavablandırarkən deyib. D.Tramp bildirib: «Mənim Boris Consondan çox xoşum gəlir. O, mənim dostumdur». ABŞ prezidenti «Brexit»in uğurla həyata […]