Bakı 12 ℃


Hikmət Hacıyev ötən günkü müharibə cinayətlərinin statistikasını açıqladı

Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini hədəf almasına dair son fakt və məlumatları bölüşüb. Hikmət Hacıyev bu barədə öz tvitter hesabında yazıb. “Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir. 20 oktyabrda 6 şəhərə 498 mərmi atılıb: Tərtər- 423, Ağdam — 49, Ağcabədi- 24, Goranboy-2 mərmi. 4 raket və 3 dron […]

«Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir»

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məktub ünvanlayıb. Nazirlikdən Gulustan.info-ya verilən xəbərə görə, məktubda bildirilir ki, Macarıstan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini […]

Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik

Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq. Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Gulustan.info xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri […]

İlham Əliyev: Biz böyük qayıdışın astanasındayıq

Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük, işğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıb. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. […]

Prezident iki kəndin adını dəyişdi

“Xocavənd rayonunun Günəşli kəndinin keçmiş adı Noraşen idi”. Bunu Prezident İlham Əliyev bu gün Azərbaycan xalqına etdiyi müraciətdə azad edilən kəndlərin adını çəkərkən deyib. “Vənk kəndinə də azərbaycanca ad verirəm, bundan sonra “Çinarlı” olsun. Adı mübarək olsun”, -deyə dövlət başçısı əlavə edib.

İlham Əliyev işğaldan azad edilən 18 kəndi açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb. Gulustan.info xəbər verir ki, dövlətimizin başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib: Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, […]

Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb (FOTO)

Bu ilin 20 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, türkiyəli qonaqları səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını və bütün sahələrdə yüksək səviyyəli əlaqələrin […]

XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

Bu il oktyabrın 23-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərədə tutulur. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.