Rusiya ABŞ-a qarşı — BMT-də qrup yaradılır

ABŞ-ın Venesuelaya hərbi müdaxilə planlarına qarşı bir neçə ölkənin iştirakı ilə qrup formalaşdırılacaq Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. “Sözügedən qrup BMT-də yaradılacaq. Qrupa BMT daxilində ciddi dəstək veriləcəyinə ümid edirəm. Çünki orta bəsit mövzu var. BMT qətnaməsi çərivəsində beynəlxalq hüquq və prinsiplərin qorunmasından söhbət gedir”, — deyə XİN rəhbəri bildirib. Mənbə […]

İŞİD liderinin əlindəki “Türkiyə vilayəti” dosyesinin mesajı

Xəbər verildiyi kimi İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin  5 illik fasilədən sonra ilk dəfə videosu yayılıb. Təbliğat məqsədi daşıyan və bu günlərdə çəkildiyi müəyyən edilən videokadrlarda maraqlı detal var-Bağdadi əlində dosye tutub və həmin dosyenin üzərində ərəbcə “Türkiyə vilayəti” sözləri yazılıb. Bəs bu dosyenin sirri nədir və İŞİD lideri “Türkiyə vilayəti” ilə hansı […]

Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edərək “Bakı prosesi”nin artıq təsisatlanmış bir mexanizmə çevrildiyini söylədi. Bu gün Azərbaycanın nəqliyyat qovşağı olmaqla yanaşı, dialoq və əməkdaşlığın da qovşağına […]

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqonini qəbul edib. Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın Avropa Şurasının layiqli üzvü olduğunu bildirərək “Bakı Prosesi”ni Avropa Şurası üçün də uğurlu platforma adlandırdı. 2008-ci ildən bu prosesin genişlənərək mühüm hərəkata çevrildiyini deyən qonaq qeyd etdi ki, mədəniyyətlərarası dialoq insanların […]

İrəvan növbədənkənar seçki astanasında — Deputatlar mandatından imtina etmək şərti qoydu

Əgər Ermənistan hökuməti Qagik Çarukyanın mandatını əlindən alsa, o zaman Çiçəklənən Ermənistan Partiyasından olan bütün deputatlar öz mandatlarından imtina edəcək Bu məlumatı “Qraparak” qəzeti Çiçəklənən Ermənistan Partiyasındakı mənbəsinə istinadən yayıb. Məlumata görə, partiyanın deputatları bu addımı atacaqları təqdirdə ölkə yenidən növbədənkənar parlament seçkisinə getməli olacaq: “Konstitusiyaya əsasən, parlamentin 30%-i müxalifətdən ibarət olmalıdır. Əgər Çiçəklənən Ermənistan […]

Sabah Milli Məclisdə 22 məsələ müzakirə olunacaq — Siyahı

Milli Məclisin mayın 3-də keçiriləcək plenar iclasının gündəliyinə 22 məsələ daxil edilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. Bundan başqa,  gündəliyə daxil olan aşağıdakı məsələlər  də müzakirə ediləcək:”Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Hərbi vəzifə və hərbi […]

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər — YENİLƏNİB — FOTOLAR

Mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər. Dövlətimizin başçısı mərasimdə nitq söylədi. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, […]

Venesuelada çevriliş — Xalq ayağa qalxdı

Venesuela müxalifətinin lideri Xuan Quaido Prezident Nikolas Maduronun devrilməsinə hazırlanmış “Azadlıq” əməliyyatının finalının başladığını elan edib Quaido bu barədə özünün Tvitter səhifəsində məlumat yayıb. “Venesuela xalqının talan edilməsinin sonu çatdı. Hazırda mən “Azadlıq” əməliyyatının final fazasının nə anlama gəldiyini başa salmaq üçün bizim silahlı qüvvələrimizin əsas birləşmələri ilə görüşürəm”, — Quaido bildirib. O, hazırda Venesuela […]