Yaxın Şərq yenə qan gölünə döndü

Ölənlərin sayı 9-a çatıb, 80-dən artıq yaralı var İsrail ordusu Qəzza bölgəsinə raket zərbələri endirməyə davam edir. Avizərbələr nəticəsində daha iki fələstinli həlak olub. Dünən isə 7 nəfər həyatını itirmişdi. Hazırda 80 nəfərdən artıq yaralı fələstinli xəstəxanalara daşınıb. Ölənlər arasında 14 aylıq uşaq və onun hamilə anasının da olduğu bildirilir. Öz növbəsində Qəzzadan da İsrailə […]

AKP-də çaxnaşma — Ərdoğanın kürəkəninin adı yeni partiya qalmaqalında hallandı

Keçmiş AKP funksionerlərinin qurmaq istədiyi yeni partiya ən azı bir ay ərzində elan ediləcək Bunu türk politoloq Əhməd Takan deyib. Ekspert keçmiş baş nazir Əhməd Davudoğlunun partiya quruculuğu işi üçün paytaxt Ankaraya gəldiyini və bunun hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilində gərgin müzakirəyə səbəb olduğunu bildirib. Əhməd Takan yeni partiya ətrafında gedən müzakirələrdə AKP-də […]

«Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İB-nin üzvü dünya ictimaiyyətini erməni vəhşiliklərinə cavabsız qalmamağa çağırdı

«Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin İdarə Heyətinin üzvü Dürdanə Ağayevanın ötən gün ABŞ-ın tanınmış «Jewish Journal» nəşrində işğal altında olan ərazilərimizdə mədəni irsimizin dağıdılmasına və ermənilərin Qarabağa köçürülmələrini saxtalaşdırmaq cəhdlərinə həsr edilən məqaləsi dərc olunub. Məqalədə müəllif Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsi, BMT TŞ-nın qətnamələrinə […]

Ermənilər İsrailə yalvarır — Azərbaycana silah satdığına görə

İsrail üçün ticarət predmeti olan şey erməni xalqı üçün ölüm silahıdır Bunu İsrailin “KAN Nyus” dövlət televiziyasına müsahibəsində Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan İsrailin Azərbaycana silah satışını şərh edərkən deyib. “Bizim sizin silahınız ucbatından itkilərimiz var. Siz bilirsiniz ki, biz buna necə yanaşırıq”, – deyə o bildirib . O, guya Ermənistanın regionda sülh və təhlükəsizliyi […]

Abdullah Gül və Əhməd Davudoğlu Ərdoğana qarşı birləşdi

Abdullah Gül ilə Əhməd Davudoğlu arasında bir müddətdir davam edən soyuqluğun aradan qaldırıldığı iddia edilir Türkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu tək bir partiya yaradacaq. Sputnik Azərbaycan «Haberler«ə istinadla xəbər verir ki, KİV-də yayılan məlumatda Abdullah Gül ilə Əhməd Davudoğlu arasında bir müddətdir davam edən soyuqluğun aradan qaldırıldığı iddia edilir […]

Maduro baş kəsəcəyinə söz verdi

Venesuela Prezidenti Nikolas Maduro gənclərlə görüş keçirib Dövlət başçısı “Böyük Gənclik Missiyası” toplantısında müxalifətə sərt mesaj göndərib. O, növbəti dəfə belə bir çevriliş cəhdinin olacağı təqdirdə baş kəsəcəklərini bildirib: “Bizə hörmət etmələrini öyrətmək üçün birilərinin başını kəsmək gərəkdirsə, kəsiləcək”. Mənbə axar.az

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin xəbər portalında

BMT-nin “un.orgnews” fransız dilli xəbər portalında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dair “Mədəniyyətlərarası dialoq münaqişələrin və şiddətli ekstremizmin qarşısının alınmasında güclü vasitədir” adlı məqalə dərc olunub. Məqalədə Forumun “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusunda təşkil edildiyi bildirilib. Yazıda “Bakı Prosesi”nin nailiyyətlərindən bəhs olunur. Həmçinin Forumdakı çıxışlara da geniş yer verilir. […]

OPEC-in baş katibi İranı neft bazarından tamamilə silməyin mümkünsüzlüyündən danışdı

İranı neft bazarından silmək mümkün deyil. İranın problemləri təkcə bu ölkəyə deyil, bütün Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) təsir edir. Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo deyib. O, İranı neft bazarından çıxarmağın mümkün olmadığını və OPEC-in neft məsələsini siyasətdən kənar idarə etməyə çalışdığını bildirib: “OPEC qərarları kollektiv olaraq qəbul edir və təşkilatın birtərəfli […]