Bakı 29 ℃

USD 1.7
RUB 0.0233
EUR 2.0018
TRY 0.2438
Qızıl 3357.483
Gümüş 41.4589

TBMM yeni sədrini seçdi — 3-cü turda

Türkiyə Böyük Millət Məclisi (TBMM) bu gün yeni sədrini seçib. Gulustan.info xəbər verir ki, Mustafa Şəntop yenidən TBMM sədri seçilib. Mustafa Şəntop 3-cü turda 328 səs toplayaraq yenidən TBMM-nin spikeri olub.

Şimali Koreya ilə ABŞ-ın görüşəcəyi iddiasına sərt cavab — «Niyyətimiz yoxdur»

Şimali Koreya Xarici İşlər Nazirliyinin ABŞ ilə münasibətlər üzrə rəsmisi Kvon Jong Gun ölkəsinin ABŞ ilə görüşmək niyyətində olmadığını söyləyib. Gulustan.info xəbər verir ki, Cənubi Koreya prezidenti Moon Jae-in ABŞ və Şimali Koreya prezidentlərinin yenidən bir araya gəlməsi üçün vasitəçi rolunu oynaya biləcəyini deməsi, Şimali Koreyanın çox sərt reaksiyasına səbəb olub. Şimali Koreya Xarici İşlər […]

Prezident Ərdoğana məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Məktubda deyilir:»Hörmətli cənab Prezident,Əziz Qardaşım. Sizin 2020-ci il 5 iyul tarixli məktubunuza görə təşəkkür edirəm. Mən də öz növbəmdə qardaş Türkiyədə yeni növ koronavirus xəstəliyi səbəbindən həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, virusa yoluxanlara Allahdan şəfa diləyirəm. Bəşəriyyətin […]

Kipr liderlərindən AB-yə «Türkiyəni dayandırın» çağırışı

Şimali Kipirin Yunan tərəfinin başçısı Nikos Anastasiades Avropa Birliyinə Türkiyənin şərqi Aralıq dənizində apardığı işlərlə bağlı «Türkiyəyə qarşı sərt mövqe sərgiləyin» çağırışı edib. Gulustan.info xəbər verir ki, Türkiyənin Aralıq dənizinin şərqində seysmik kəşfiyyat və qazma gəmiləri ilə başladığı işləri dayandırmağa çalışa Nikos Anastasiades Avropa Şurasının prezidenti Çarles Mişelə zəng edib. Şimali Kipirin Yunan tərəfinin rəhbəri […]

Azərbaycan XİN-i ABŞ-ı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib. Gulustan.info xəbər verir ki, bu barədə XİN-nin Tviter hesabında məlumat verilib. Təbrikdə deyilir: «Amerika Birləşmiş Ştatlarını 4 İyul — Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan və Amerika Birləşmiş Ştatları son 30 ildə uğurlu əməkdaşlıq əlaqələrindən bəhrələniblər. Bu yaddaqalan gündə dost Amerika xalqına […]

ABŞ — Koloniyalardan dünyanın super gücünə gələn yol

Bu gün dünyanın super gücü sayılan Amerika Birləşmiş Ştatlarının (ABŞ) yarandığı gündür. Hazırda dünyanın super gücü sayılan ABŞ əslində bu dönəmə gəlib çıxması üçün çox keşməkeşli yollardan keçməli olub. 1507-ci ildə alman kartoqraf Martin Valdzmyuller qərb yarımkürəsi torpaqlarını italiyalı səyyah və kartoqraf Ameriqo Vespuççinin şərəfinə Amerika adlandırdığı dünya xəritəsi hazırlayıb. «Amerika Birləşmiş Ştatları» ifadəsinin ilk […]

Prezident Türkiyə ilə viza sazişini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Gulustan.info xəbər verir ki, qanunla Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Gulustan.info xəbər verir ki, Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti […]