Əhməd Davudoğlu AKP-dən rəsmi surətdə getdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib. O, sentyabrın 13-də keçirdiyi mətbuat konfransında AKP-dən çıxmaqla bağlı qərarını açıqlayıb.   Mənbə report.az

ABŞ Fransanı üstüörtülü hədələdi

Fransa ABŞ-ın icazəsi olmadan İrana 15 milyard dollar kredit verə bilməz. Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib. “Biz İrana qarşı maksimal təzyiq kampaniyası aparırıq. Fransa anlayır ki, o, bizim icazəmiz olmadan İrana 15 milyard dollar kredit verə bilməz”, – deyə o bildirib. Qeyd edək ki, İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi […]

Özbəkistan da artıq Türk Konseyində! – Prezident TARİXİ QƏRAR verdi

Özbəkistan türksoylu dövlətlərin birləşdiyi – Türk Konseyinə (Türk Şurası) qoşulmaq haqda qərar çıxardı. Bu tarixi qərarı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu elan etdi: “Yaxşı bir xəbərim var. Özbəkistan da Türk Konseyinə qatılmaq qərarına gəldi. Türk Konseyinin katibliyinə rəsmi olaraq müraciət etdi. Çavuşoğlu daha bir müjdə də verdi: , “İlk dəfə olaraq Türkmənistandan da müsbət […]

Türkiyə 20-dən çox ölkədə öz səfirlərini dəyişdi

Türkiyənin 21 ölkədə səfiri dəyişib. “gazeteabc.com”a istinadən verilən xəbərə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vəzifəyə yeni təyin olunan səfirlərə aidiyyəti təlimatı verib. Türkiyənin Türkmənistan, Banqladeş, Şri-Lanka, Şimali Makedoniya, Belarus, Estoniya, Qazaxıstan, İordaniya, Qvatemala, Belçika, Bolqarıstan, Madaqaskar, Kosta-Rika, Dominikan Respublikası, Trinidad və Tobaqo, Qambiya, Çad, Laos, Çili, Qabon və Əlcəzairdəki səfirləri dəyişib. Mənbə moderator.az

Azərbaycan XİN-dən Fransa tərəfinə ETİRAZ NOTASI

Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini qəti şəkildə pisləyirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin fransız deputatların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri ilə bağlı şərhində deyilir. Nazirlik bildirir ki, yerli azərbaycanlı əhalinin qanlı etnik təmizləməsini həyata keçirən və münaqişənin həlli çərçivəsində məcburi köçkünlərin əzəli yaşayış yerlərinə […]

Ukrayna vətəndaşları Estoniyaya vizasız gedə biləcək

Estoniyanın Daxili İşlər Nazirliyi Ukrayna ilə viza rejimini birtərəfli qaydada ləğv etməyi planlaşdırır. Estoniyanın Daxili işlər naziri Marti Xelmenin sözlərinə görə, ukraynalıların coğrafi mövqeyi və ümumi tarixi oxşarlıqları nəzərə alınarsa, bu addım məqsədəuyğun hesab edilə bilər. Hazırda Estoniya əhalisinin sayı 1.34 milyon nəfərdir. Avropa Birliyi ölkələrində sürətlə davam edən miqrasiya nəticəsində eston mütəxəssislərinin daha yüksək […]

Müxalifətlə iqtidar birgə sənəd imzaladı

Bu gün Park İnn otelində Ana Vətən Partiyasının rəhbəri Fəzail Ağamalının təşəbbüsü ilə keçirilən “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masanın nəticəsində yekun sənəd qəbul olunub. Sənəddə aşağıdakılar qeyd olunub: “Biz, “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda təşkil edilmiş “dəyirmi masa”nın iştirakçıları olan siyasi partiyaların və vətəndaş cəmiyyəti təmsilçiləri bu gün beynəlxalq […]

ABŞ “Sepah”, “Hizbullah”, “Həmas” və “Əl-Qaidə”yə qarşı növbəti sanksiyalar tətbiq edib

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo və maliyyə naziri Stiven Mnuçin ötən gün keçirdikləri birgə mətbuat konfransında terror qruplaşmalarına qarşı yeni sanksiyalar qəbul olunduğunu elan ediblər. Stiven Mnuçin bildirib ki, sanksiyalar “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın, “Həmas, Livan “Hizbullah”ı və “Əl-Qaidə”nin 15 rəhbərini əhatə edir. O, yeni embarqoların detallarından danışmasa da, Maliyyə Nazirliyi […]