Putin Trampın cavabını verdi — Ərdoğana görə

ABŞ Prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktub çox əcaib bir tonda yazılıb. Bunu Rusiyanın dövlət başçısı Vladimir Putin bildirib. “Ümumiyyətlə, dövlət başçıları tərəfindən bu dil istifadə edilmir”, — deyə Kremldən məktubla bağlı verilən açıqlamada vurğulanıb. Xatırladaq ki, oktyabrın 16-da D.Tramp türkiyəli həmkarı R.T.Ərdoğana sərt ifadələr dolu məktub göndərib. Mənbə axar.az

Federal Təhqiqatlar Bürosu Ermənistanda araşdırma aparır

Federal Təhqiqatlar Bürosunun bir qrup əməkdaşı müəyyən müddətdir Ermənistanda çalışır və ABŞ-da daimi yaşayış alan bəzi yerli vətəndaşların şəxsi işlərini tədqiq edir. Bu məlumatı “Jamanak” qəzeti yayıb. Məlumata görə, ABŞ xəfiyyələri ABŞ-a köçəndən sonra burada bahalı daşınmaz əmlak alan və investisiya yatıran şəxslərlə maraqlanıb. FTB-nin bu şəxslərin sahib olduğu pulların mənbəyini öyrənməyə çalışdığı bildirilib. Mənbə […]

Erməni soyadlı Rusiya vətəndaşları Azərbaycana gələ bilər, lakin…

Rusiyanın erməni soyadı olan vətəndaşları Azərbaycana gələ bilərlər, lakin onlar əvvəlcədən heç olmasa bizim səfirliyimizə məlumat versinlər. Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “İzvestiya” qəzetinə müsahibəsində deyib. Nazir bildirib ki, Azərbaycanın Rusiya ilə vizasız girişi var, lakin əvvəlcədən alınan məlumatlar mövcud münaqişə ilə bağlı (Qarabağ münaqişəsi-red) Azərbaycandakı emosional fon nəzərə alınmaqla, bizə hər hansı bir həddin […]

Erməni qatil Qarabağla bağlı etiraf etdi — Video

Qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan azərbaycanlılara qarşı milli zəmində cinayət törətməsini etiraf edib. Balasanyan bu etirafı “News.am”a müsahibəsində deyib. O, 22 fevral 1988-ci ildə iki azərbaycanlı gəncin öldürülməsinin təşkilatçısı olduğunu bildirib: “Mən təşkilatçı, atıcı, qatil, cinayətkar olmuşam. Etiraf edirəm. O zaman cinayət işi qaldırıldı və 1991-ci ilə qədər davam etdi. Bu […]

Ərdoğan sanksiyalara meydan oxudu

Suriyadakı antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək niyyətində olan ölkələr bilməlidir ki, Ankaranı bununla qorxutmaq mümkün deyil. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə sanksiyalardan əziyyət çəkməyəcək. «Bəzi ölkələr Ankaraya terrorçularla danışıqlar masasına oturmağı təklif edir. Türkiyə terrorçularla danışıqlar masasına oturmayacaq!” R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin bu çağırışı edən […]

Ərdoğan “Barış pınarı”nı bitirmək üçün şərt qoydu

“Fransa Prezidenti Emmanuel Makrona Ruanda, Əlcəzairdə törədkikləri qətlimaları xatırladaraq dedim ki, yüz minlərlə insanı siz qətl edibsiniz: “Güzgüyə yaxşı baxın”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında bildirib. Türkiyə Prezidenti antiterror əməliyyatının hədəflərindən və görəcəkləri işlərdən danışıb: “Bu bölgədə bütün plan və işlərimizi gördük, görürük. Türkiyə tarixinin heç bir dönəmində […]

ABŞ-dan İrana hücum!

ABŞ İrana qarşı sentyabrın sonunda gizli kiberəməliyyat həyata keçirib. Bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, hücum Səudiyyə Ərəbistanının neft obyektlərinə endirilən zərbələrə cavab olaraq həyata keçirilib. Pentaqon kiberhücum haqqında informasiyanı şərh etməkdən imtina edib. Mənbə axar.az

İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mənbə azertag.az