Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Putinlə Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsini müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikincinin təşəbbüsü ilə yanvarın 22-də telefon danışığı olub. Məlumatı Kremlin mətbuat xidməti yayıb. Bildirilib ki, Vladimir Putinlə Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənstan liderlərinin 2020-ci il noyabrın 10-da qəbul etdikləri birgə bəyanatın, 2021-ci yanvarın 11-i və noyabrın 26-da əldə etdikləri üçtərəfli razılaşmanın reallaşmasının praktik aspektlərinə, […]

Hikmət Hacıyev Malayziyanın XİN rəhbərinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kəmarudin Cəffərlə görüşüb. Gulustan.info xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz tviter səhifəsində yazıb. “Malayziyanın xarici işlər nazirinin müavini cənab Kəmarudin Cəffərlə məhsuldar görüş keçirildi. Görüş zamanı ikitərəfli əlaqələri, həmçinin İslam Əməkdaşlığı Təşkilatı, […]

Cenevrədə Blinkenlə Lavrov arasında görüş başlayıb

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb. Görüş İsveçrənin Cenevrə şəhərində keçirilir. Bildirilib ki, görüş bir neçə saat davam edəcək. Görüşdən sonra Entoni Blinken və Sergey Lavrov ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər. Bunun ardından isə onların İsveçrə Prezidenti və xarici işlər naziri İqnasio Kassislə görüşü planlaşdırılıb.

Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin tənzimlənməsi üçün ardıcıl səylər göstərir — XİN

Rusiya Azərbaycanla Ermənistan arasında sərhəddə vəziyyətin tənzimlənməsi üçün ardıcıl səylər göstərir. Təəssüf ki, orada bəzən silahlı insidentlər baş verir, insan itkisi qeydə alınır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. «Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası üzrə ikitərəfli komissiyanı tezliklə formalaşdırmaq və işə salmaq lazımdır. Biz bu prosesdə Bakı və Yerevana məsləhət köməyi göstərməyə […]

Blinken Lavrovla görüşündən gözləntilərini açıqlayıb

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu gün keçiriləcək görüşün nəticələri ilə bağlı gözləntilərini açıqlayıb.  “RİA Novosti” xəbər verir ki, o, Lavrovla görüşün nəticələrindən böyük dönüş gözləmədiyini bildirib. Son zamanlar Rusiya ilə çoxsaylı intensiv görüşlərin keçirildiyini vurğulayan ABŞ-ın dövlət katibi deyib: «Bugünkü görüşdə bəzi qənaətləri görə biləcəyik. Ümid edirəm ki, […]

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana səfər edəcək. Gulustan.info bu barədə onun «Twitter» səhifəsinə istinadən məlumat verir. T.Klaar bildirib ki, səfəri fransalı həmkarları ilə birgə etməyi planlaşdırır. «Brüssel görüşündən sonra Aİ-Fransa birgə səfəri çərçivəsində regiona qayıtmaqdan məmnunam. Səbirsizliklə yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərlikləri ilə görüşümüzü gözləyirik», — deyə o bildirib.

“20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik” — Hikmət Hacıyev

“Heydər Əliyevin hakimiyyətdə olduğu ilk günlərdən 20 Yanvar faciəsinə respublika səviyyəsində qiymət verildi və Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi tariximizin ayrılmaz hissəsidir”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. “Bugünkü günlərdə biz 20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda, ahəngdə qeyd edirik. Belə ki, artıq Azərbaycanın torpaqları işğaldan […]

Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assambleyada söylədikləri ilə bağlı bəyanat yayıb. Gulustan.info-nun xəbərinə görə, bəyanatda deyilir: «Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl […]