Bakı nefti hesabına imzalanan 9 May qələbə günü və bu günün tarixi faktları

9 may 1945-ci ildə səhər saat 6-də Moskva şəhərində diktor Yuri Levitan radio vasitəsi ilə SSRİ-nin alman faşizmi üzərində qələbəsini bəyan edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 9 may Qələbə günü elan edilib. Amma ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə bu bayram fərqli bir tarixdə, mayın 8-də qeyd olunur.Maraqlıdır, arada yaranan 1 […]

Xarici İşlər Nazirliyindən Şuşanın işğalı ilə bağlı BƏYANAT

Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.  Bəyanatda deyilir: «1992-ci ilin mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali […]

«The Peninsula»: «Xalq Heydər Əliyevdən yenidən hakimiyyətə gəlməyi tələb etdi»

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə Qətərin nüfuzlu ingilis dilli «The Peninsula» qəzetində Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edilib. Məqalədə Azərbaycan xalqının 10 may tarixində ümummilli liderləri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü  qeyd etdiyi bildirilərək, onun ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına və firavanlığına həsr etmiş böyük tarixi lider olduğu […]

Giorgi Tatuaşvili Heydər Əliyev haqqında: «Bu gün tək-tək şəxsiyyətlər var ki, onlar haqqında ürəklə danışa bilirsən»

Bu gün tək-tək şəxsiyyətlər var ki, onlar haqqında ürəklə danışa bilirsən. Azərbaycan xalqının ümummilli lideri, bizim də yaxın dostumuz olmuş Heydər Əliyev belə şəxsiyyətlərdən biridir. Bu fikri jurnalistlərə açıqlamasında Gürcüstanın Dmanisi Rayonu İcra Hakimiyyətinin başçısı Giorgi Tatuaşvili söyləyib. O deyib: «Hər birimizə yaxşı məlumdur ki, Heydər Əliyev Cənubi Qafqazda çox böyük nüfuza malik tarixi şəxsiyyət […]

Yeni plan: Bir müsəlman belə qalmamaq şərti ilə…

ABŞ prezidenti Donald Tramp, kürəkəni Kuşner, İsrailin baş naziri Benyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin iştirak etdiyi dördlük masasında bir layihə var. Bu layihənin adı “Yüz ilin anlaşması”dır. Bu barədə türkiyəli yazar Taha Dağlı deyib. Onun sözlərinə görə, bu layihənin təməli 2 il öncə Trampın Səudiyyə Ərəbistanı kralı və Misir prezidenti Əbdülfəttah Sisi ilə qlobus […]

Bakı-Moskva-Ankara arasında vacib sənəd imzalandı

Mayın 6-da Ankarada “Azərbaycan Dəmir Yolları” QSC, “Rusiya Dəmir Yolları” ASC və “Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları” (TCDD) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov və TCDD-nin baş direktoru Əli İhsan Uyğun imzalayıblar. Mərasimdə Azərbaycanın nəqliyyat, […]

Şahin Cəfərli: AKP-MHP ittifaqını milli barışıq, iqtisadi böhranın aradan qaldırılması filan maraqlandırmır

Bu gün Türkiyənin Yüksək Seçim Kurulu, İstanbulda baş tutan və müxalif namizədin qələbəsi ilə nəticələnən seçkinin nəticələrini ləğv edib. Qonşu ölkədəki bu politoloq Şahin Cəfərli öz facebook səhifəsində şərh edib; «Nəticələrin ləğvi üçün hər hansı hüquqi əsas yox idi, qərar tamamilə siyasi xarakterlidir. Bu qərar Türkiyədə artıq demokratik seçki yolu ilə hakimiyyət dəyişikliyinin mümkün olmadığı […]

Türkiyə yenidən bələdiyyə seçkiləri keçirəcək — Nəticələr ləğv olunur

Türkiyə Ali Seçki Qurumu (Yüksək Seçim Kurulu (YSK)) İstanbulda bələdiyyə seçkilərinin ləğvi və yenidən keçirilməsi barədə qərar verib. Trend-in məlumatına görə, YSK seçkinin nəticələri ilə bağlı etirazlarla əlaqədar keçirdiyi iclasın sonunda belə bir qərar verib. Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan […]