İŞİD bu dəfə Rusiyada terror etmək istədi polis imkan vermədi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rostov vilayətində İŞİD terror təşkilatının yerli qanadını zərərsizləşdirib. “RİA Novosti” xəbər verir ki, güc strukturu əməkdaşları Qlinki bölgəsində dəstə başçısını saxlamağa çalışan zaman, o, avtomatdan atəş açmağa başlayıb. Cavab atəşi zamanı avtomobildə bomba partlayıb, terrorçu isə hadisə yerində ölüb. Daha sonra Rostov-na-Don şəhərində dəstənin daha iki üzvü tutulub. Onların evlərində […]

Vətəndaşların nəzərinə! 30 manat cərimələnmək istəmirsinizsə diqqətli olun

Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına […]

Şəki Xan Sarayının ərazisinə giriş bağlandı — RƏSMİ

Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq. Agentlikdən verilən məlumata görə, müvafiq araşdırma və bərpa işlərdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək və sarayın ərazisi turistlərin üzünə açıq olacaq. Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu […]

Yeni universitet binası təhvil veriləcək

“Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu bu ilin sonuna qədər istifadəyə veriləcək”. Bunu jurnalistlərə açıqlamasında Universitetin rektoru İbrahim Cəfərov deyib. Onun sözlərinə görə, korpusun tikintisinə dövlət büdcəsindən ötən il 5 milyon manat, bu il isə 14 milyon manatdan çox vəsait ayrılıb. “Ümumilikdə, son 3 ildə universitetin maddi texniki bazasının gücləndirilməsinə 50 milyon manatdan çox […]

Keşikçidağda əsgərlərimiz qovuldu silahı əlindən alındı — video

Keşikçidağ-da bir qrup Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alıb. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu biraz əvvəl sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, gürcü sərhədçiləri hadisə yerində olsalar da, kadrlarda da göründüyü kimi onlar faktiki seyrci mövqeyi tutublar. Mənbələr hadisənin dünən baş verdiyini xəbər […]

“Bakı Şampan Şərabları” ASC-nin rəhbəri haqqında məhkəmə qərarı verildi

Vergilər Nazirliyi “Bakı Şampan Şərabları” ASC-nin direktoru Cəfərov Saib Cabir oğlu barəsində inzibati protokol tərtib edərək, ona cərimə yazıb. S.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib. Həmin maddə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya […]

Şimal yarımkürəsində isti hava — Aralıqdan Arktikaya qədər yanğınlar

Bu il Arktikada baş vermiş güclü yanğınlar nəticəsində iyunun əvvəli üçün atmosferə atılan tullantıların həcmi 50 milyon ton təşkil edib. Bu, ümumilkdə 2010-ci ildən 2018-ci ilə qədər olan dovrdə Arktika ərazisində eyni səbəbdən atmosferə atılan tullantı həcminə bərabərdir. Ümumdünya Meteoroloji Təşkilatının rəsmi nümayəndəsi Cenevrədə keçirilən mətbuat konfransında bildirib ki, şimal yarımkürəsində isti hava şəraiti Aralıq […]

2 gün sonra ikinci Ay tutulması müşahidə olunacaq

İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq. Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, […]