Bakı 11 ℃


Birinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti pilotun vida mərasiminə əklil də göndərib Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrin «MiQ-29» təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib. Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib. Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları […]

İnstagram öz istifadəçilərinə pul mükafatı verə bilər

Məşhur İnstaqram fotoservisi istifadəçi məlumatlarını oğurlayan tətbiqlərin aşkar edilməsi üçün mükafatlandırma sistemini işə salıb. 1 il bundan öncə öz sistemində boşluqların aşkar edən şəxslərə «Facebook» şirkəti pul mükafatı verməyə başlamışdı. İnstagram təmsilçiləri bildiriblər ki, veriləcək pul mükafatının həcmi görülmüş işin və tapılmış sistem boşluğunun miqyasından asılı olacaq. Məlumata görə, «Facebook»da sistem boşluğunun aşkar edilməsinə görə […]

DYP Sabunçuda maarifləndirici tədbirlər keçirib

Daxili işlər orqanları tərəfindən ölkə ərazisində «Təmiz hava» aylığı ilə bağlı maarifləndirici aksiyalar davam edir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə tədbir Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunub. Tədbir zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobil sürücülərinə inzibati qaydada […]

Çimərliklərdə ilan qorxusu

Son vaxtlar çimərliklərdə ilanlara daha çox rast gəlinir. Sosial şəbəkələrdə də Bilgəh və Pirşağı çimərliklərində ilanların görüntüləri yayılıb. Bəzi vətəndaşlar bundan narahat olduqları üçün çimərliklərə getmək istəmirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, müşahidə edilənlər su ilanlarıdır: «Havaların isti keçməsi ilə əlaqədar, təbii ki, çimərliklərə üz […]

Azərbaycanda 6 ay ərzində 7198 yeni müəssisə və təşkilat yaradılıb

Azərbaycanda 2019-cu ilin altı ayı ərzində 7198 yeni müəssisə və təşkilat yaradılıb. Bunların 81,5 faizi Bakı şəhərində, 4,8 faizi Aran iqtisadi rayonunda, 4,4 faizi Abşeron iqtisadi rayonunda, 2,7 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 1,9 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 1,5 faizi Lənkəran iqtisadi rayonunda, 1,1 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 0,7 faizi Yuxarı-Qarabağ iqtisadi rayonunda, 0,7 faizi Naxçıvan […]

Milli Parkda yanğını söndürmək üçün əlavə təyyarələr cəlb olundu — FHN məlumat yaydı

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. FHN-in mətbuat xidmətindən bildiriblər ki, yanğının söndürülməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir. Avqustun 20-də FHN-in 112 qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli […]

Uşaqlarınıza qarşı diqqətli olun!

«Bu əməli törədənlər, dilənçi olsalar belə, Azərbaycan vətəndaşlarıdır. Onların kompakt yaşadığı ərazilərə baxış keçirilməli, məşğulluğu istiqamətində ciddi iş aparılmalıdır» Bir neçə gün bundan öncə paytaxtın Binəqədi rayonunda iki azyaşlı qardaş və bacının dilənçi tərəfindən oğurlanması bu cür həyat tərzi keçirən insanların uşaqların həyatı üçün potensial təhlükə olduğunu gündəmə gətirdi.  Xatırladaq ki, yayın əvvəlində buna bənzər […]

Qəzaya düşən pilotumuzla vida mərasimi keçirilib

Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi keçirilir. Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində keçirilən mərasimə hərbçilər, yerli icra qurumlarının nümayəndələri, mərhumun pilot dostları qatılıb. *** Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başa çatıb. Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindən götürülən cənazə rəsmi […]