Bakı 21 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0173
TRY 0.2246
Qızıl 3320.746
Gümüş 45.6101

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu — SƏRƏNCAM

Prezident İlham Əliyev C.F.Cəfərovun Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Gulustan.info xəbər verir ki, sərəncama əsasən, Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Toy məclisi təşkil edənlər cərimələndilər

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 19-da daxil olmuş məlumat əsasında Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Pirqulu qəsəbəsi ərazisində yerləşən “Fortuna” restoranında Çarhan kənd sakini Aləm Cəfərovun qardaşı Şamoya toy məclisi təşkil etməsi faktı […]

Belarusun dövlət kanalında tətil edən işçiləri ruslar əvəz edib — Kanalın işçisi məlumat yayıb

Belarusun dövlət teleradio şirkəti Rusiyanın «Russia Today»in işçilərini işə götürərək tətil problemini həll edib. Gulustan.info xəbər verir ki, bu barədə BT-nin işçilərindən biri mətbuata məlumat sızdırıb. O, BT-də baş verənlərlə bağlı bunları deyib: «Siz tətil edin, ancaq sizi əvəzləyəcək Rusiyadan ixtisaslı bir avtobus kadrlar gətirəcəyik. Əvvəlcə heç kim buna inanmadı, ancaq dünən gecə şirkətin binasında […]

Müharibə əlillərinə ŞAD XƏBƏR

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin, 1990-cı il 20 Yanvar hadisələri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qurum tərəfindən 2020-ci ildə həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub. İlin […]

İranda Qasım Süleymaninin adına ballistik raket istehsal edilib

İranda «Sepah»ın «Qüds Briqadası»nın sabiq komandanı Qasım Süleymani və «Həşdəş-Şəbi»nin komandan müavini Əbu Mehdi əl-Mühəndisin adına ballistik raketlər istehsal edilib. Həmin raketlər bu gün İran Prezidenti və Müdafiə nazirinin iştirakı ilə keçirilmiş mərasimdə Müdafiə nazirinin müavini Qasım Tağızadə tərəfindən təqdim edilib. O iddia edib ki, modern texnologiyalardan istifadə etməklə hazırlanan bu raketlər həm də çox […]

ÜST Avropa ölkələrində məktəblərin açılmasını müzakirə edəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisi regionun bütün 53 ölkəsində məktəblərin yenidən açılmasını müzakirə etmək üçün virtual görüş keçirəcək. Gulustan.info xəbər verir ki, bu barədə ÜST-ün Avropa regionu üzrə direktoru Hans Kluqe mətbuat konfransında deyib. O bildirib ki, avqustun 31-də keçiriləcək görüşdə uşaqların təhlükəsiz şəraitdə düzgün təhsil alması üçün konkret tədbirlər müzakirə ediləcək. […]

BNA sədri Vüsal Kərimli koronavirusa yoluxub

Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb. Pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər. Bakı Nəqliyyat Agentliyindən Gulustan.info-ya verilən xəbərə görə, Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimlinin […]

Kürdəmirin icra başçısı məhkəmə qarşısına çıxarılıb

Kürdəmirin icra başçısı Ceyhun Cəfərov məhkəməyə gətirilib. Gulustan.info xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılacaq. Qeyd edək ki, Ceyhun Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən gün keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan […]