Android proqramında təhlükəli virus aşkarlandı

Kibertəhlükəsizlik üzrə ekspertlər bildiriblər ki, Google Play mağazasında təqdim olunan CamScanner proqram əlavəsində təhlükəli troyan virusu var. Bu barədə «Kasperski Laboratoriyası»nın saytında qeyd olunub. Proqram əlavəsi PDF faylların yaradılması və skan olunmuş sənədlərdə mətnin oxunması üçündür. Bildirilir ki, bu proqram əlavəsi və onun növlərinin ümumi yüklənmə sayı 100 milyonu ötüb. Tədqiqatçılar əlavəyə istifadəçilərin şikayətlərindən sonra diqqət yetiriblər. […]

Müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib.  Təhsil Nazirliyindən verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanan qeyri-pedaqoji ixtisaslı namizədlər tutduqları vakant yerə müddətli müqavilə əsasında işə qəbul olunublar. Müsabiqədə uğur qazanmış şəxslər sentyabrın 6-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, […]

NASA kosmosa ilk qadın astronavtı yollayacaq

NASA artıq 2024-cü ildə reallaşdırılacaq Ay missiyasını anons edib. Həmin missiya çərçivəsində amerikalı astronavtlar ayın cənub qütbünə ayaq basacaqlar. Bir neçə müddət bundan öncə isə NASA agentliyi həmin missiyada iştirak edəcək insanlar barəsində məlumat verib. Belə ki, agentlik bildirib ki, 2024-cü ildə reallaşdırılacaq Ay missiyası çərçivəsində Yer kürəsinin peykinə tarixdə ilk dəfə olaraq qadın astronavt göndəriləcək. […]

Böyrəyində problem olanlara qarpız olarmı?

Bir çox insanların fikrinə görə, böyrəklərdə problem olanlar mümkün qədər çox su içməli və qarpız yeməlidir. Bu çox səhv fikirdir. Bəli, böyrəklər üçün həm su, həm də qarpız çox faydalıdır. Lakin söhbət sağlam böyrəklərdən gedirsə. Böyrək problemləri zamanı isə əksinə həkim içilən suyun miqdarını azalda, qarpızı isə istehlakdan çıxartmağı tövsiyə edə bilər. Sağlamolun.az-ın məlumatına görə, […]

ABŞ İran mollalarını çökdürməkdə davam edir — İki şirkətə SANKSİYA!

Vaşinqton İranın iki şirkət qrupuna İranın raket proqramını inkişaf etdirməyə yönəlmiş fəaliyyətlərinə görə sanksiya tətbiq edir. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ABŞ-ın Xəzinədarlığın Xarici Aktivlərə Nəzarət İdarəsinin İran hərbi təşkilatlarının maraqlarına uyğun fəaliyyətlərinə görə İran hakimiyyəti ilə əlaqəli iki şəbəkəyə sanksiya tətbiq edililir. Mənbə trend.az

Məşqçi komandası qalib oldu deyə sevinərkən öldü

Həkimlər ona kömək etməyə çalışsalar da, həyatını qurtarmaq mümkün olmayıb İngiltərənin «Sliford Reyncers» futbol klubunun baş məşqçisi Cim Peysi komandasının qələbəsinə sevinərkən ölüb. Bu barədə Lincolnshire Live yazıb. «Reyncers»in futbolçuları regional liqada «Briqq Taun»u mə]lub edərək rəsmi oyunlarda ilk qələbələrini qazanıblar. 50 yaşlı mütəxəssis qələbəni komanda ilə birgə qeyd etmək üçün sahəyə qaçıb. Ancaq qəfil huşunu itirərək […]

Prezident hərbi xidmətlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan […]

Bakıda heyvanları mənzil başına daşıyacaq ZooTaxi fəaliyyətə başlayıb — Video

Adətən, ev heyvanlarımızı harasa aparmaq lazım gələndə bunun üçün adi taksi çağırmaq və ya avtobusla aparmaq mümkün olmur. Ramil Bayramov isə bu məsələni kökündən həll etmək qərarına gəlib. Daha ətraflı videomuzda. Bakı sakini Ramil Bayramov taksi sürücüsü olaraq adi sərnişinləri yox, heyvanları daşımaq qərarına gəlib və “Zoo Taksi” yaradıb. Çox qısa bir zamanda müştəri rəğbəti […]