“Qarabağ Azərbaycandır!” hərəkatı yaradılır? — TƏKLİF

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır!” Hərəkatının yaradılmasını təklif edib. O deyib ki, Prezident İlham Əliyevin Soçi şəhərində “Valday” beynəlxalq diskussiya klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” mesajı gündəmin əsaslı surətdə dəyişdirilməsinə gətirib çıxarıb. Ə.Əhmədovun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan bu günə qədər heç zaman səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi […]

Bakıda ikinci Azərbaycan xalq mahnıları festivalı başlayır

Bu gündən ikinci Azərbaycan xalq mahnıları festivalına start veriləcək. Festivalın açılış mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Konsertə giriş sərbəstdir. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, AMEA-nın Folklor İnstitutunun iştirakı ilə reallaşacaq festival milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. […]

Azərbaycanda xarici vətəndaşa yüksək vəzifə verildi

Mark Qusriye “Azərcosmos” ASC-nin Baş kommersiya direktoru vəzifəsinə təyin olunub. ASC-dən verilən məlumata görə, Mark Qusriye karyerasına İngiltərənin telekommunikasiya və peyk rabitəsi bazarında lider olan “British Telecom” şirkətində başlayıb. Daha sonra Avropanın aparıcı peyk operatoru “SES” şirkəti tərəfindən alınan “Europe Star” və “Verestar” şirkətlərində rəhbər vəzifələrdə işləyib. M.Qusriye fəaliyyətini “SES” şirkətinin ABŞ və Böyük Britaniyadakı ofislərində peyk xidmətlərini idarə […]

Azərbaycanda insanları öldürən beş təhlükəli xəstəlik

Azərbaycanda xəstəlikdən ölüm halları artıb. 2018-ci ildə ölkədə 57 min 250 nəfər ölüb. 2017-ci ildə bu rəqəm 57 min 109, 2016-cı ildə isə 56 min 648 nəfər olub. Qan dövranı sisteminin xəstəlikləri isə ən çox ölümə səbəb olan haldır. 2017-ci ildə bu kateqoriyaya daxil olan xəstəliklərdən 33 min 663, 2018-ci ildə isə 33 min 909 […]

Vilayət Eyvazovdan yeni — TƏYİNAT

Samux Rayon Polis Şöbəsinə (RPŞ) rəis müavini təyin olunub. Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Musayev Fikrət Kamal oğlu RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.  Qeyd edək ki, F.Musayev bu vəzifəyə qədər Daşkəsən RPŞ-də xidmət üzrə müavin işləyib. Mənbə oxu.az

Xəzərdə iki zəlzələ olub

Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirib ki, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla 09:33-də Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 8 km olub. Daha əvvəl isə yerli vaxtla 07:06-da Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.4, dərinliyi 20 km […]

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumu keçirilir

Bu gün Bakıda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçirilir.  Tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökumət həlləri müzakirə olunur. Beynəlxalq konfransda açılış nitqi zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı […]

Necə edək ki, intimdə soyumuş hisslərə canlılıq gəlsin?

Hazırda çox sayda qadın və kişi libidonun aşağı düşməsindən, intim həyatda yeknəsəklikdən şikayətlənir. Cütlüklərin həvəsi yoxdur və ya həvəsi tapa bilmir. Medicina.az seksopatoloqdan 5 vacib məsləhəti təqdim edir 1.Qəfil hərəkətlər, gözlənilməz hücum Uzun müddət münasibətdə olan və seks həyatı rutinləşmiş cütlüklər artıq yataq otağı rejimi, eləcə də bəlli günlərdə seks, öncədən xəbərdarlıq, planlamadan kənara çıxmalıdır. […]