«AZAL»a məxsus təyyarə uçuşda ikən quş ilə toqquşub

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən «Azərbaycan Hava Yolları»na məxsus «Airbus 320» təyyarəsi quş ilə toqquşub. Bu barədə qurumun «Facebook» səhifəsində qeyd olunub. Bildirilib ki, bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində […]

Heydər Əliyev Beynəlxalq Hava Limanında bu şirkət ləğv olunur

Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən “Euroasian Fuel” MMC ləğv olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verilir. Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini hava limanına bildirə bilərlər. Xatırladaq ki, sözügedən şirkət 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Orxan Mahmud oğlu Kazımovdur.  Mənbə report.az

Ukrayna telekanalı Azərbaycanla bağlı maraqlı reportaj hazırlayıb

Ukraynanın populyar “5 kanal” televiziyası Azərbaycan haqqında növbəti reportajını yayımlayıb. Reportajda Naftalan müalicəvi kurort turizm mərkəzi barədə geniş məlumat verilib. Qeyd edilib ki, Naftalan nefti bir çox xəstəliklərin müalicəsi üçün dünyaca tanınır. Naftalanda xarici turistlərdən alınan müsahibələrdə onun üstünlüyü barədə tamaşaçılara geniş məlumat verilir. Naftalanda yaradılan şəraitə heyran olan aparıcı Nadya Baziv insanların qonaqpərvərliyini xüsusi […]

ATA Sığortanın avtomobili qəzaya düşüb — video+foto

Bu dəqiqələrdə Bakının Nəriman Nərimanov prospektində, Kapital Plazanın yanında yol qəzası baş verib. Ata Sığortaya aid Hundai Accent markalı avtomobil elə Hundai Accent markalı avtomobillə toqquşaraq qəza törədib. Hadisə yerindən foto və videonu diqqətinizə çatdırırıq.

Bakıda azyaşlı uşağa tam bilet satan kassirin aqibəti — barəsində ciddi tədbir görüldü

Bakı avtovağzalında 5 yaşlı uşağına tam bilet satan kassir cəzalandırılıb. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, bununla bağlı ailə üzvlərindən biri avtovağzalla əlaqə saxlayıb: «Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı xəbər yayılıb. Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə […]

Dövlət Statistika Komitəsi əhalinin sayını açıqladı — 10013133 nəfər

Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10013133 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Mənbə report.az

Dünyada internet ucuzlaşır, Bakcell bahalaşdırır

Bakcell” MMC iyulun 30-dan bəzi internet paketlərini bahalaşdıracaq.  Bu barədə şirkətin abunəçilərinə müraciətində bildirilir.  Belə ki, “Gündəlik 25 MB” paketinin qiymətinin 10 qəpikdən 15 qəpiyə, “Gündəlik 50 MB” paketinin isə 20 qəpikdən 25 qəpiyə çatdırılması nəzərdə tutulub.  Mənbə report.az

S-400-lər Türkiyəyə gəlib çatmadan otelləri «vurdu»

S-400-lər Türkiyəyə çatdırıldıqdan sonra yalnız siyasət meydanı deyil, turizm də qızışıb. Rusiya mətbuatına istinadən xəbər verilir ki, Türkiyə otelləri Rusiya Federasiyasından olan turistlərin yerləşdirilməsinə daha aşağı qiymətlər tətbiq ediblər.  Rusiya Tur Operatorları Assosiasiyasının verdiyi məlumata görə, bu yay mövsümündə  qiymətlərin artması ilə əlaqədar Türk mehmanxanaları yalnız 70-90%  dolur. Məlumata görə, S-400 raket komplekslərinin Türkiyəyə çatdırılmasından […]