Bakı 21 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0173
TRY 0.2246
Qızıl 3320.746
Gümüş 45.6101

DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor təyin olunub

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Gulustan.info xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:: “general-leytenant” hərbi rütbəsi general-mayor Araz Məmməd oğlu Məmmədova general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə “general-mayor” hərbi rütbəsi […]

Sabah havanın yağmursuz olacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 18-ə olan hava şəraii ilə bağlı məlumat yayıb. Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Gulustan.info-ya verilən məlumata görə, 18 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 26-28, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti […]

Prezidentdən Eldar Həsənovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev bir neçə gün əvvəl həbs olunan səfir Eldar Həsənovun geri çağırılması haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Eldar Hümbət oğlu Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın.

Gürcüstanda Azərbaycanın yeni səfiri təyin edilib

Prezident İlham Əliyev Faiq Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq cəbhəboyu zonada tədbirlər keçirir

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2020-ci il üçün birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda həyata keçirilən fəaliyyətlər davam edir. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olaraq hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində […]

AAYDA-ya 4,6 milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Gulustan.info xəbər verir ki, Sərəncamla Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan […]

Nazirlikdən kafe və restoranlarla bağlı xəbərdarlıq

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib. Dövlət Vergi Xidmətindən  verilən məlumata görə, bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, […]

Lukaşenko təkrar seçkilərin keçirilməsinə etiraz edib

Belarusda təkrar prezident seçkiləri keçirilməyəcək. Gulustan.info  “Belta”ya istinadən verdiyi xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. “Belarusda təkrar seçkilər olmayacaq”, — deyə A. Lukaşenko vurğulayıb.