Şərqi Azərbaycanda zəlzələdən sonra vəziyyət acınacaqlı olaraq qalır — Video

Ötən həftə Şərqi Azərbaycanda baş verən dağıdıcı zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür. Əhalinin bölgəyə göndərdiyi yardımlar zəlzələdən zərərçəkənlərin ehtiyaclarının ödənilməsini təmin etmir. Dövlət isə gözlənilən etirazların qarşısını almaq məqsədi ilə davamlı vədlər verir, lakin hələ ki, bölgəyə ciddi yardım göndərilməyib. Hazl-hazırda bölgədə qızınmaq vasitələri, yemək, yorğan, dava-dərman, geyim və s. kimi yardımlara ehtiyac var. […]

Bakıda qapalı avtobus dayanacaqlar yaradıla bilər

Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib. Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, bu proses ictimai nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində həyata keçirilir: «Xüsusən də avtobus dayanacaq pavilyonları yenidən qurulur. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində 300-ə yaxın yeni dayanacaq pavilyonları qurulub. […]

“Facebook” onlayn ödəmə xidmətini işə salır

“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib. Bu barədə məlumat şirkətin saytında yerləşdirilib. Xarici mediaya istinadən xəbər verir ki, məlumatda “Facebook Pay” xidmətinin insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacağı bildirilir. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən […]

Milli Teleradio Şurası telekanallara yeni tövsiyələr verib

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycan radiosunun yaranmasının 93 illiyinə həsr olunan tədbirdə belə bir fikir səsləndirib: «Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir». Cəmiyyətdə televiziyalara marağın azaldığı bir vaxtda Şura sədrinin bu cür çıxışı polemikalara səbəb oldu. Maraqlı sual ortaya çıxır: […]

Venesiya ərazisinin 80 faizi su altında batdı — FOTO

Venesiyada suyun səviyyəsi 183 santimetrə qədər qalxıb. Bu barədə «Report» ANSA agentliyinə istinadən xəbər verir. Qeyd edilir ki, şəhər ərazisinin 80%-dən çoxu suyun altında qalıb. Məlumata görə, şəhər administrasiyası fövqəladə vəziyyət elan etməyə hazırdır. Təbii hadisə ilə əlaqədar Müqəddəs Mark meydanını tamamilə batıb. Orada suyun səviyyəsi 1 metri ötüb. Agentlik qeyd edir ki, yağışlarla əlaqədar eyniadlı kilsə də batıb. ANSA xatırladıb ki, bundan əvvəl […]

İnsanların rahatlığı üçün yeni qatarlar alınır, Zaur Hüseynov isə qatarları yenə də gecikdirir

Səhər saatlarından metroda müşahidə edilən sıxlıq və qatarların bir neçə dəqiqə gecikməsi sərnişin axınının çox olması ilə əlaqədardır. Bu sözləri açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bu gün metroda yaşanan sıxlığın səbəbləri barədə danışarkən deyib. B.Məmmədov bildirib ki, heç bir stansiya və qatarda texniki nasazlıq baş verməyib: “Səhər […]

Leyla Əliyeva növbəti həyətin açılışında iştirak edib — Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş «Bizim həyət» layihəsi çərçivəsində noyabrın 12-də Bakıda növbəti həyətin açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib. […]

Xanım deputatlar deputat həmkarının «ağzının payını verdi»

«Onun dedikləri iftiradır və aparılan islahatlara kölgə salmaq cəhdidir» Deputat, BDU-nun professoru Jalə Əliyeva təhsil eksperti Etibar Əliyevin rektor E.Babayev haqqında səsləndirdiyi iddialara münasibət bildirib. J.Əliyeva qeyd edib ki, rektoru Elçin Babayev və BDU haqqında səslənən əsassız fikirlər, həm də Universitetin müəllimlərinə, bütün kollektivə atılan iftiradır: «Elçin Babayev BDU-ya rektor təyinatı çox uğurlu bir təyinatdır. […]