Türkiyəli məşhur aktrisa Azərbaycandan nə oğurlayıb? — Şok iddia

Bir müddət əvvəl ABŞ-da 80 yaşlı kişi ilə evlənən 32 yaşlı məşhur türkiyəli aktirsa Məltəm Miraloğlu barəsində inanılmaz iddia ortaya çıxıb. Oxu.az xəbər verir ki, iddia türkiyəli jurnalist Onur Akay tərəfindən səsləndirilib. O.Akay ötən həftə Azərbaycana səfər edən zaman aktrisa ilə bağlı maraqlı məlumatlar əldə etdiyini bildirib: “Miraloğlu ABŞ-a getməzdən əvvəl Azərbaycanda olub və orada […]

DSX sosial şəbəkələrdə yayılan VİDEOYA REAKSİYA

Dövlət Sərhəd Xidməti (DSX) Fərid Əzizli ilə bağlı sosial şəbəkələrdə yayılan videoya mübasibət bildirib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən daxil olan məlumatda bildirilib ki, son günlərdə sosial şəbəkələrdə və “Youtube” videohostinqində Xidmətin zabiti, leytenant Əzizli Fərid Ceyhun oğlunun qurumun bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə videogörüntüsü yayılıb. «Bununla əlaqədar olaraq bildiririk ki, […]

Bakıdakı bu restoranlar havanı çirkləndirir — SİYAHI

Son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərin dəyişdirilməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb. O bildirib ki, buna səbəb həmin ərazidə olan şadlıq saraylarının sayının çoxluğudur: «Həmin ərazidə […]

Ermənilərin varı-yoxu — Trans idmançısı haqqında film çəkdi

Ermənistanın baş naziri Nikol Paşinyan təhsil naziri Araik Arutunyanın istefasını tələb edən şəxslərlə görüşüb. Ermənistan KİV-nə istinadən xəbər verilir ki, etirazçılarla görüşən Paşinyan onların heç bir tələbi ilə razılaşmayıb. Hökumət rəhbəri islahatları Arutunyanın deyil, hökumətin həyata keçirdiyini bildirib. Etirazçılar cinsini dəyişmiş ağır atlet Mel Daluzyan haqda filmin çəkilişinə dövlət büdcəsindən 40 min dollar ayrılmasına kəskin […]

Dəhşətli qətl — Polis narkobaronun oğlunu tutdu deyə 150 dəfə güllələndi

Ötən ay “El Çapo” ləqəbli meksikalı narkobaron Coaqin Quzmanın oğlu Ovidio Quzman Lopezi həbs edən polis vəhşicəsinə qətlə yetirilib. “Haber7”nin məlumatına görə, narkobaronun dəstə üzvləri olan iki nəfər avtomobildən düşməyə çalışan polis əməkdaşına 30 saniyə boyunca dayanmadan atəş açıb.  Məlumatda bildirilib ki, ümumilikdə polisə 150 güllə atılıb.  Qeyd edək ki, ötən ay saxlanılan narkobaronun oğlu bir […]

Bakı-Gəncə-Bakı istiqamətinə qatarların sayı artırılır

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir. Bu barədə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq. Noyabrın 11-də isə Bakıdan və […]

Metroda artırılacaq qiymət artımı ilə bağlı AÇIQLAMA

Yaxın gələcəkdə metroda heç bir tarif artımı gözlənilmir. Bunu jurnalistlərə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib. O bildirib ki, hazırda Bakı metrosu MDB məkanında gedişhaqqına görə ən ucuz metrodur: “Bu gün bir sərnişin daşınma xərci 30 qəpikdir. Amma həmin vəsait sərnişinin daşınmasına çəkilən xərcin yalnız 60%-ni qarşılayır. Buna baxmayaraq, bu gün Bakı Metropolitenində qiymət […]

Bakı kəndlərinə avtobuslar Atletlər kəndindən işləyəcəklər

9 noybar səhər saatlarından «Koroğlu» Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda bildirilib. Qeyd olunub ki, ətraf kənd və qəsəbələr eləcə də, digər müvafiq istiqamətlər üzrə matşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək. Mənbə modern.az