İran yenə öz ampulasında — İstehsal etdiyi “ağıllı” bombaları təqdim edib

İranın Müdafiə Nazirliyində “Yasin” və “Balaban” adlı iki yeni “ağıllı” bombanın təqdimatı keçirilib. Təqdimat mərasimində İranın Müdafiə naziri general Əmir Xatəmi də iştirak edib. O bildirib ki, sırf İran istehsalı olan yeni bombalar 50 kilometrdən də uzaq məsafədəki hədəfi dəqiq vurmaq qabiliyyətinə malikdir. İdarə olunan bombalar istənilən hava şəraitində işə salına bilər. Nazir bəyan edib […]

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi İnstaqram səhifəsində Azərbaycan xalqını təbrik edərək öz arzularını qeyd edib: «Əziz həmvətənlər, Qurban Bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm. Allah dualarınızı qəbul etsin!»

Naxçıvanla Türkiyə arasında birbaşa hava dəhlizi açılır

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq. Bunu Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin deyib. O bildirib ki, hava dəhlizi bu il avqustun 15-də açılacaq. H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub: “Bununla da, əvvəllər İran üzərindən həyata […]

Rusiyada bir neçə güclü partlayış baş verib

Rusiyanın Krasnoyarsk vilayətində silah-sursat anbarında daha bir neçə partlayış baş verib. Krasnoyarsk diyarının Açinsk şəhəri yaxınlığında yerləşən anbarda partlayış nəticəsində 9 nəfər yaralanıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi sursat olan stellaja ildırım düşməsi nəticəsində yanğın və partlayış baş verib. Xatırladaq ki, avqustun 5-də də həmin anbarda partlayış baş vermişdi. Nəticədə bir nəfər həlak olmuş, […]

Şənbə və bazar günləri hava necə olacaq?

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda […]

Ölkə rəhbəri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib. Təbrikdə deyilir: «Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından […]

“Türk Hava Yolları” 85-ci ildönümü münasibətilə yeni uniformasını təqdim edib

Dünyanın ən çox nöqtəsinə uçan “Türk Hava Yolları” yaranmasının 85-ci ili münasibətilə yeni uniformalarını təqdim edib. Aviaşirkətə istinadla xəbər verilir ki, müxtəlif iqlimlərdə uzaq məsafəli uçuşlarda ciddi sınaqlardan keçmiş qırmızı və boz rəngli yeni geyimlər sərnişinlərə rahat xidmət göstərmələri üçün 25 min kabinə heyətinə uyğunlaşdırılıb. Yeni zərif uniformanı ekipaj üzvləri, kabinə heyəti və yerdəki heyət […]

Bu yollarda surət həddi endirildi

Bu səbəbdən də bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr müşahidə edilib Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər. Qeyd edilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: […]