Suriya erməniləri niyə görə Ermənistandan imtina etdi? — ŞOK

Suriyanın Qamışlı rayonunda olan 4000 nəfərə yaxın erməni Ermənistana gəlməkdən imtina edib. Bu məlumatı “Jamanak” qəzeti yayıb. Məlumata görə, onlara Ermənistanda məskunlaşmaq təklif edilib, amma onlar bunu müzakirə etməkdən imtina ediblər. Belə ki, ermənilər Ermənistana gəlmək istəməmələrinə səbəb kimi oradakı həyat səviyyəsini göstəriblər. Suriyada savaş getməsinə və ölkədə cəhənnəm yaşanmasına baxmayaraq, ermənilərin Ermənistandakı həyat səviyyəsindən […]

Türk əsgər bu addımı ilə gündəm oldu — İnsanlıq addımı!

“Sülh çeşməsi” əməliyyatına cəlb olunan türk pilot döyüş şəraitində nümunəvi davranışı ilə ölkədə gündəm olub. Bu barədə “Yeni Akit” yazıb. Məlumata görə, F-16 pilotu növbəti tapşırıq ardınca havaya qalxıb. Bu zaman hədəfə həssas atəş açmaq üçün istifadə olunan “Snayper pod” adlı proqram vasitəsilə hədəfinin dinc əhalinin arasına qarışdığını müşahidə edib. Həssaslıq nümayiş etdirən pilot “Hədəf […]

Dollardan imtina etməliyik — Ərdoğan Bakıda yerli valyutalara üstünlük verməyi təklif edib

«Beynəlxalq ticarətin dollar əsaslı olması qeyri-müəyyənlik şəraitində risklər yaradır».  Bunu oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.  «Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməliyik. Yerli valyutalarla ticarətə əhəmiyyət verdiyimizi xüsusilə qeyd etmək istəyirəm» — Ərdoğan bildirib. Mənbə marja.az

Universitetdə kütləvi zəhərlənmə

İranın paytaxtı Tehran şəhərində Elm və Texnologiya Universitetinin 70 tələbəsi zəhərlənib. Bunu Tehran Təcili Yardım Mərkəzinin direktoru Peyman Saberian deyib. P.Saberianın sözlərinə görə, zəhərlənməyə səbəb yataqxanada verilən yemək olub. Direktor əlavə edib ki, hadisə ilə əlaqədar yataqxanaya 3 təcili yardım maşını və 2 avtobus göndərilib. 59 tələbəyə yataqxanada yardım edilib, 11 nəfər isə xəstəxanalara yerləşdirilib. […]

Yunanıstanda tətilə 2 milyon avro xərcləyən azərbaycanlılar kimdir? — foto — video

Bir neçə gündür ki, sosial şəbəkələrin Azərbaycan seqmentində və bəzi yerli saytlarda Yunanıstandakı tətil zamanı 2 milyon avro ətrafında pul xərcləyən azərbaycanlı gənclər müzakirə olunur. Onların kimliyi haqqında müxtəlif iddialar mövcuddur. Bununla bağlı öz mənbələrimizdən əldə etdiyimiz məlumat və rəqəmləri sizinlə bölüşmək istərdik. Belə ki, əldə olunan məlumata əsasən, azərbaycanlı gənc oğlanlardan ibarət bir qrup […]

Bakıda Xəzər Texniki Konfransı öz işinə başlayıb

Bakıda Xəzər Texniki Konfransı öz işinə başlayıb. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov konfransda bildirib ki, neftin kəşfiyyatı və hasilatı rəqəmsal texnologiya transformasiyası olmadan çətinləşir. Vitse-prezident əlavə edib ki, SOCAR operativ əməliyyatlar üzrə uğurlu layihələrə imza atıb. Layihələrin operativ şəkildə həyata keçirilməsi şirkətin vəziyyətini bazara uyğunlaşdırıb. Qeyd edək ki, konfrans oktyabrın 18-nə kimi davam […]

Alimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblər

İqlim dəyişikliyi “Ebola” virusunun yenidən yoluxma riskini artırır. “CNN”ə istinadən xəbər verilir ki, bu barədə “Nature Communications” tərəfindən edilən araşdırmada bildirilib. Qeyd olunub ki, iqlimin dəyişməsi “Ebola”nın daha da yayılmasına və əvvəllər virusun təsir etmədiyi bölgələrə çatmasına səbəb ola bilər. Tədqiqatlar göstərib ki, iqlim böhranı virusun heyvanlardan insanlara yayılmasını 3,2 dəfə artıracaq. Mənbə report.az

Nepalın Baş naziri Azərbaycana səfərə gələcək

Nepalın Baş naziri Xadqa Praşad Şarma Oli Azərbaycana səfərə gələcək. Nepal KİV-inə istinadən xəbər verilir ki, Nepalın Baş naziri oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində iştirak edəcək. Xatırladaq ki, sammit zamanı quruma sədrlik üç il müddətində Azərbaycana keçəcək. Mənbə report.az