Masallıdakı dəhşətli qəzanın başvermə səbəbi bəlli olub — Yeni video + fotolar əlavə olunub — YENİLƏNMİŞ

12:13 Masallıda ağır yol qəzasında üç ailənin 8 üzvü ölüb, 2-si xəsarət alıb. Hadisə bu gün səhər saatlarında Ələt-Astara-İran sərhəd yolunun 136-cı km-də, Masallı rayonu ərazisində baş verib. Belə ki, «Mercedes» markalı 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan «KamAZ» markalı 10-MG-329 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. […]

Bu günkü plenar iclasda pensiyaların artırılmasını nəzərdə tutan dəyişiklik II oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat […]

Heydər Əliyev Hava Limanında QƏZA

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yol-nəqliyyat qəzası baş verib. Baş vermiş yol-nəqliyyat qəzası nəticəsində sərnişin terminalının binasının konstruksiyasına ziyan dəyib. İnsident zamanı 90-JU-147 qeydiyyat nişanlı yük maşını manevr zamanı Terminal 2-nin şüşə konstruksiyasına toxunub. Hadisə yerinə yol patrul xidməti dəstəsi çağırılıb, sürücüyə inzibati xəta haqqında protokol tərtib edilib. Hazırda binaya vurulan ziyanın dəyəri […]

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb — YENİLƏNƏCƏK

İyulun 9-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir. Parlamentin Sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. O bildirib ki, gündəliyə 35 məsələ daxildir. Mənbə azertag.az

Bakı polisi paytaxt sakinlərinin şikayətlərinə çağırışla cavab verdi

Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayrı-ayrı paytaxt sakinləri polisə müraciət ediblər. Bakı şəhər Baş Polis İdarəsi (BPİ) vətəndaşlara müraciət edib. Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayrı-ayrı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi önə çəkilir. BPİ-nin müraciətində deyilir: «İnkişaf tempinə uyğun olaraq paytaxtda […]

Nazirlər Kabineti Dövlət Tərcümə Mərkəzinin səlahiyyətlərini artırdı

Azərbaycan Dövlət Tərcümə Mərkəzinə tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək səlahiyyəti verilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edib. Bu dəyişikliklərə görə, Azərbaycan Dövlət Tərcümə Mərkəzi fəaliyyət istiqamətləri ilə bağlı qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir, tərcümə sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris […]

9 iyul — Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi

Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 100 il keçir. müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident […]

Bu növ plastik əşyaların satışı qadağan edilir

İsveçdə qida məhsulları üçün plastik stəkanların və konteynerlərin satışını qadağan etmək istəyirlər. Krallığın Ətraf Mühit naziri İzabella Lövin bildirib ki, İsveç hökuməti qida məhsulları üçün plastik stəkanların və konteynerlərin qadağan edilməsi haqqında məsələni nəzərdən keçirmək istəyir. Onun sözlərinə görə, bu, Aİ-nin birdəfəlik plastik qablar barədə direktivinə münasibətdə irəliyə doğru atılmış daha bir addımdır. Qadağaya dair […]