Azərbaycan bu hərəkata rəhbər ölkə seçildi — Video

Bakıda Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşü keçirilir. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin keçirildiyi Bakı Konqress Mərkəzinə gəlib. Prezident İlham Əliyev burada zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayır. Bakı Konqres Mərkəzinə Belarus baş nazirinin müavini daxil olub. Daha sonra Oman, Koreya Xalq Demokratik Respublikası, Hindistan, İran, […]

Elman Rüstəmov istefa etməsi xəbərini təkzib etdi — «Vəzifədə qalacam»

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov istefa verməsi barədə məlumatı şərh edib. Mətbuat konfransında çıxış edən E.Rüstəmov vəzifədə qalacağını deyib. O, jurnalistlərdən yalnız rəsmi mənbələrə əsaslanmağı xahiş edib: «Bu gün mən sizinlə Mərkəzi Bankın sədri kimi danışıram. Jurnalistlərdən yalnız rəsmi mənbələrə əsaslanmağı xahiş edirəm». Mənbə trend.az

Bu gün Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Görüşü ilə əlaqədar əhalinin ictimai nəqliyyatdan sıx istifadəsini nəzərə alaraq Bakı Metropoliteni əlavə tədbirlər planı hazırlayıb. «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi ilə bağlı paytaxt küçələrində tədbir saatlarında bəzi ərazilərdə yollarda hərəkətin məhdudlaşdırılması […]

2500-dək yalnış əlillik təyinatı ləğv olunub

Aparılan araşdırmalar nəticəsində 2500-dək yalnış əlillik təyinatı aşkar edilərək ləğv olunub və bu istiqamətdə araşdırmalar davam edəcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. O, qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərindən bəhs edib, bu il əmək müqavilələrinin sayında artıq 138 min artımın olduğunu, əmək münasibətlərinin leqal müstəvidə qurulması ilə bağlı ciddi monitorinqin vacibliyini […]

Çox işləmək keçəlliyə səbəb olur

Bu xəbəri oxuyan kişilər, çətin ki, bundan sonra işdə ləngisinlər. Çünki əvvəllər keçəlliyi hava çirkliliyi ilə əlaqələndirirdilərsə, həqiqət tam başqa imiş Xarici mətbuata istinadla xəbər verilir ki, bu qənaətə Cənubi Koreyadan olan alimlər gəliblər. Onların fikrincə, həftədə 52 saatdan çox işləyən kişilər iki dəfə tez keçəlləşirlər. Baxmayaraq ki, standart həftəlik iş saatı 40 saata qədərdir, […]

Həbsxanaya narkotika daşıyan pişik ələ keçib — Video

Tatarıstanın Mendeleyev şəhərində 10 saylı koloniyanın həyətində narkotik daşıyıcısı olan pişik ələ keçirilib. “Qafqazinfo”ya istinadən xəbər verilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları pişiyin boynunda xəşişəbənzər maddə doldurulmuş xalta aşkarlayıblar. Məhbuslara narkotik çatdıran və qabaqcadan təlimatlandırılmış pişik ekspertizaya göndərilib. Mənbə modern.az

«WiFi»la bağlı yeni dövr başlayır

ABŞ-ın Briqam Yanq Universitetinin alimləri Vayfay çıxış nöqtələrinin əhatə dairəsini artırmağa imkan verən bahalı «Mesh» sistemlərinin alternativini kəşf ediblər. «İktnyus»a istinadla xəbər verilir ki, tədqiqatçılar tərəfindən təklif olunan ideyanın mahiyyəti marşrutlayıcının hamıdan uzaqda olan qurğu ilə daim rabitə əlaqəsində saxlanılmasından ibarətdir. «On-Off Noise Pover Communication» (ONPC) adlı yeni protokol marşrutlayıcı və qurğu arasında saniyədə 1 […]

Tramp İŞİD-ə səsləndi: Bu ərazilərə yönəlin!

Suriya neft sahələrində İŞİD-in yenidən təşkilatlanmasına icazə verməyəcəyik. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb O, bildirib ki, neftlə zəngin ərazilər kürd qüvvələri (Suriya Demokratik Qüvvələri) ilə birgə terrorçulardan alınıb: “Kürdlərin neftin olduğu ərazilərə yönəlməsinin zamanı gəlib”. Mənbə axar.az