Bakıda NATO nümayəndələrinin görüşü keçirilir

Tədbirdə 7 NATO və 6 tərəfdaş ölkə olmaqla 13 ölkədən 21 nümayəndə iştirak edir NATO-nun Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə Bakıda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı (ƏİK) çərçivəsində Azərbaycan Respublikasında ƏİK Məlumatlar Bazası proqram təminatının yenilənməsi üzrə işçi görüşü keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirin əsas məqsədi ƏİK Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin […]

881 şəhid vərəsəsinə birdəfəlik 11 min manat ödəniləcək — RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanının icrası olaraq şəhidlərimizin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 581 şəhidin 881 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün […]

Ali məktəblərə imtahansız daxil olmaq şansı qazananların sayı açıqlandı

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir. Elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. İyulun 10-u saat 10:40-a olan məlumata görə, 9712 subbakalavr qeydiyyatdan keçib. Onlardan 9600 nəfərin ərizəsi təsdiqlənib. Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra onun istifadəçi adı və parolundan istifadə etməklə internet səhifəsinə daxil olub “Subbakalavrın […]

ABŞ-da ayı avtomobili “oğurlayaraq” qəza törədib

Boulder şəhər polisinin mətbuat xidmətinin yaydığı məlumata görə, heyvan qapısı açıq qalmış avtomobilə girib və nəqliyyat vasitəsinin qapısı gözlənilmədən bağlanıb. Ayı avtomobildın çıxmağa cəhd edən zaman sürət qutusunu neytral vəziyyətə ötürüb. Nəticədə avtomobil təpənin yamacına düşüb və ağaca çırpılıb. Nəqliyyat vasitəsinin ağacla toqquşmasından sonra yırtıcı salondan çıxa bilib. Qeyd edilir ki, avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində güclü zərər […]

“Güzəştli mənzil” almaq istəyənlər! Bu xəbər sizin üçündür

Mənzil İnşaatı Dövlət Agentliyi iyulun 12-də mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib. Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. İstifadəçilərə satış vaxtından bir neçə saat […]

Azərbaycan Respublikasının prezidenti diplomatik xidmət orqanlarının əməkdaşlarını təltif edib — SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədyarov Elmar Məhərrəm oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Əzimov Araz Böyükağa oğlu Hacıyev Hikmət Fərhad oğlu Həsənov Həsən Əziz oğlu […]

Saxta nehrə yağını necə bilmək olar?

«Trans yağ turşularının yüksək miqdarda olması ürək damar xəstəliklərinin olma riskini 21 faiz, ölüm riskini isə 28 faiz artırır» — Qoşqar Təhməzli  «Trans yağlar insan orqanizmində çətinliklə əriyir, ya da ərimir. Bu səbəbdən də belə yağlar insan orqanizmi üçün ziyanlıdır. Son zamanlar Azərbaycanda aparılan ekspertizaya əsasən, Sumqayıt, Bakı, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki və […]

Prezident İlham Əliyev: Səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir

Səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla mətbuata bəyanatla çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: «Bu gün biz, həmçinin enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı məsələləri müzakirə etdik. Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi […]