“Qarabağ Azərbaycanındır» şüarını daşıyan təyyarələr ABŞ səmalarında — VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də Los-Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Azvision.az -a verilən məlumata görə, bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End […]

İlk qar Rusiyada yağdı

Rusiyanın Sverdlovsk vilayətinə ilk qar düşüb. Trend-in məlumatına görə, qar bütün vilayətə yox, bəzi rayonlara yağıb. Ural hidrometeoroloji idarəsi bildirib ki, daimi yağıntılar isə əsasən noyabr ayında gözlənilir. Həmçinin vilayət üzərinə soyuk siklonun keçməsinə baxmayaraq, yağıntıların böyük ölçüdə qar örtüyü yaratmayacağı qeyd edilir. Yüksək dağlıq ərazilərdə isə qarın qalma ehtimalı var. Mənbə trend.az

Bakı «IAEA 2019» beynəlxalq konfransına ev sahibliyi edir — FOTO

Sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) «Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları» mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimi keçirilir. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci […]

Gəncə hadisələri ilə bağlı qan donduran video yayıldı

İndi danışmaq çox asandır. Artıq problem həllini tapıb. Terrorçuların bir qrupu məhv edilib. Onların dəstəkçiləri yaxalanıb. Ağır və yüngül cəzalananalar var. Amma o günlər Gəncədə müdhiş bir gərginlik var idi. Şəhərin rəhbərinə ağır xəsarət yetirilmişdi. İki polis zabiti öldürülmüşdü. Bir polis zabiti ağır yaralanmışdı. Azərbaycanın bütün rayonlarının icra başçılarına gizli bir edam cəzası elan olunmuşdu. […]

Dünən həlak olan hərbçimiz dəfn olundu — Foto

Sentyabrın 20-də həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu bu gün dəfn edilib. E. Məmmədov Samux rayonu Sarıqaya kəndində dəfn edilib. Qeyd edək ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər E. Məmmədov həlak olub. […]

Güclü külək İstiqlaliyyət küçəsində ağacları aşırıb — video

Bu gün səhər saatlarından paytaxtda əsən güclü şimal küləyi müxtəlif yerlərdə ağacları aşırıb. Aşan ağaclardan biri isə İstiqlaliyyət küçəsindəki Sabir bağında yerləşir.

Bakı metrosunda həyəcanlı anlar! Vaqon tüstülədi

Bakı metrosunda sərnişinlər daha bir həyəcan yaşayıb. Hadisə metronun «Gənclik» stansiyasında baş verib. Stansiyaya daxil olan qatarın vaqonlarına qəfil tüstü dolub. Platformada sərnişinlər dərhal boşaldılıb və qatar tərkibinə ümumi baxış keçirilib. Qatarda heç bir nasazlıq qeydə alınmayıb. Qatar yenidən sərnişinlərlə birlikdə yola davam edib. «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı […]

Elçin Şıxlı İTV-də fəaliyyət göstərəcək

Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı İTV-də fəaliyyətə başlayıb. O, “Pressinq” verilişinin aparıcısı vəzifəsinə təyin olunub. E.Şıxlının aparıcısı olduğu verilişin ilk buraxılışı dünən axşam efirə verilib. Mənbə modern.az