Türkiyə irimiqyaslı əməliyyata başladı

Türkiyə ordusu bu gündən etibarən Hatay vilayətində irimiqyaslı antiterror əməliyyatına başlayıb. Qapan-2 adı verilən əməliyyata hüquq-mühafizə orqanlarının 585 əməkdaşı, o cümlədən polis və jandrm qüvvələri də cəlb olunb. Əməliyyatın məqsədi Amanos dağ silsiləsində yerləşən rayonları PKK terrorçularından tamamilə təmizləməkdir. Əməliyyatın ilk saatında artıq terrorçuların sığınacaqları və silahla dolu 3 anbarı ələ keçirilib, kustar üsulla düzəldilmiş […]

Anadolu jet Bakıya uçuşlara başlayacaq

Turkish Airlines-ın alt markası olan Anadolu jet Mart ayının 29-dan Sabiha Gökçen hava limanından Bakıya uçuşlar planlayır. Ola bilər ki, THY bu halda özü tamamilə Sabiha Gökçendən çəkilsin və digər xarici uçuşlar da Anadolu Jet-ə keçsin.

Bibiheybət yolunda hərəkət müvəqqəti dəyişdi

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bunun üçün sözügedən ərazidə AAYDA-nın Bakı Nəqliyyat Agentliyi ilə birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılıb. Bununla da bir müddət […]

Sərhəddə erməni təxribatının qarşısı alınıb

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.  Qeyd olunub ki, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti­qa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz […]

Yol polisimiz yeni xidməti geyimə keçib — Foto

Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları yeni formaya keçib. Yeni formalar artıq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti əməkdaşlarına təhvil verilib. Yol-Patrul Xidmətinin əməkdaşları yaxın günlərdə yeni, daha müasir geyim formasında xidmət aparacaq. Yeni formaların respublika üzrə bütün yol polislərinə təqdim edilməsi gözlənilir. (oxu.az) Mənbə axar.az

Qarabağın Ermənistana birləşdirilməsi davam edir

Ermənistanı işğal altındakı Qarabağla birləşdirəcək 3-cü alternativ yol çəkilir. 26 kilometrlik şosse Kəlbəcərin rayon mərkəzindən Ermənistanın Qeqarkunik vilayətində yerləşən Zod kəndinə çəkiləcək. Zod-Kəlbəcər yolunun 2020-ci ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir. Bu Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan sonra Ermənistanla Qarabağ birləşdirən sayca 3-cü yol olacaq. Mənbə modern.az

Nərminlə bağlı növbəti şok açıqlamalar edilib

Hadisə kiçik bir kənd ərazisində olduğu üçün bu cinayət faktının üstünün açılması asan bir işdir. Çünki qız kənddə yoxa çıxıb və yandırılmış halda olan cəsədi də kənddə tapılıb. Uşağın əmisigilə getdikdən sonra yoxa çıxdığı nəzərə alınaraq, birmənalı olaraq bütün qohumlar, qonşular, tanışlar istintaqa cəlb olunmalıdır. Bu sözləri sabiq polis rəisi Mahmud Hacıyev Tovuzun Dondar Quşçu […]

Xankəndi Şəhər İcra Hakimiyyəti yaradıla bilər

Azərbaycanın işğal olunmuş rayonlarının əksəriyyətinin icra strukturları var. Bu strukturlar ölkəmizin digər rayonlarında, qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə fəaliyyətini davam etdirirlər. Yeganə Xankəndi şəhəridir ki, bu şəhərin icra strukturları ölkəmizdə fəaliyyət göstərmir. Halbuki Xankəndi sakinləri Bakı ilə bərabər Azərbaycanın 38 rayonunda məcburi köçkün həyatı yaşayırlar. Bu barədə danışan «Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd […]