Kosmik təyyarə inşa edilir — Parisdən Nyu-Yorka 3,5 saata uçacaq

Nyu-Yorkdan Parisə cəmi 3,5 saata, Londondan Sidneyə isə 4 saata uçacaq kosmik təyyarənin inşası üzrə işlərə başlanılır. CNN telekanalı xəbər verir ki, Böyük Britaniya Kosmik Agentliyi və Avstraliya Komik Agentliyi bununla bağlı Birləşmiş Krallığın Kosmos Konfransında müvafiq saziş imzalayacaqlar. Sazişin adı isə “Dünyanın ilk kosmik körpüsü” olacaq. İngiltərənin Oksfordşir əyalətində yerləşən Sinergetik Hava Raket Mühərriki […]

BŞİH Milli Şuranın mitinqinə razılıq verib

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb. Mənbə apa.az

İran daha 5 məhkumu edam edib

İranda narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş biri qadın olmaqla daha 5 məhkum edam edilib. İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddələrin satışı və qaçaqmalçılığına görə barələrində ölüm hökmü çıxarılmış ən azı 3 məhkum (Rauf Azadixah, Şəhabəddin Məhəmmədpur və İbrahim Əhmədipur) sentyabrın 26-sı sübh saatlarında Urmiya zindanında dara çəkiliblər.  Həmin […]

İstanbuldakı güclü zəlzələ nəticəsində dərslər təxirə salınıb — Foto + Video

İstanbulda baş verən zəlzələdən sonra şəhərdəki bəzi məktəblərdə dərslər təxirə salınıb. “Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, həmçinin xəstəxanalar boşaldılıb. Bir çox iş yerlərində əməkdaşlar evə buraxılıb. Şəhərdəki Avropa-Asiya körpüsündə uzun avtomobil tıxacı yaranıb.  Yeraltı təkanlar nəticəsində şəhərdə yaranan dağıntıların miqyasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb. *** 15:38 İstanbulda baş verən zəlzələ dağıntıya səbəb olub.  “Report” […]

Bu qəsəbə işıqsız qaldı

Abşeron rayonunun Xırdalan şəhərində bəzi ərazilər işıqsız qalıb. Xırdalanda tikilən yarımstansiya ilə əlaqədar Abşeron rayonu və şəhərin bir hissəsində, xüsusən də Quşçuluq massivi kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb. Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiqləyib. Onun sözlərinə görə, yeni tikilən 110 kVt-luq “Xırdalan” yarımstansiyasına ərazidə […]

İstanbulda baş verən zəlzələ məscidin minarəsini dağıtdı

İstanbulda baş vermiş güclü zəlzələ nəticəsində məscidlərdən birinin minarəsi dağılıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Qeyd edək ki, yeraltı təkanlar 5,8 bal gücündə olub. Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb. Hazırda məktəblərdə dərslərin dayandırıldığı bildirilir. Hər hansı dağıntı və ya insan tələfatı barədə hələlik məlumat yoxdur. Mobil operatorların işində problemlər yaranıb. Sonuncu dəfə […]

Bu tarixə qədər bütün avtobuslar kart sisteminə keçəcək

«Avtobusların kart sisteminə keçidi təmin olunduqdan sonra dayanacaqlarda olan nəqliyyat informasiya monitorlarının da fəaliyyəti bərpa olunacaq. Bununla sərnişinlər avtobusların gəlmə vaxtını dəqiq biləcəklər» — Mais Ağayev 2020-ci ildən Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək. Bu sözləri bu gün jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev söyləyib. O […]

Bu gün Bülbülün anım günüdür

Bu gün Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) xatirə günüdür. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu münasibətlə Azərbaycanın Rusiyadakı səfiri, sənətkarın oğlu Polad Bülbüloğlu, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq yazıçısı Elçin, mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər. Sənətkarın məzarı üstünə tər çiçək dəstələri […]