Dünyada həyəcan təbili çalınır — Artıq bu insanların sayı 70 milyonu keçdi

Qaçqın düşən insanlar əsasən kənd yerlərində və ya düşərgədə deyil, kiçik və ya böyük şəhərlərdə yaşayırlar Müharibə, təqib və münaqişələrdən qaçan insanların sayı 2018-ci ildə 70 milyonu keçib. Bu, BMT-nin qaçqınlar üzrə qurumunun mövcud olduğu 70 ilə yaxın müddət ərzində müşahidə etdiyi ən yüksək rəqəmdir. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığınından verilən məlumatda qeyd […]

Sumqayıtda yeni kinoteatr tikilir — Foto

Sumqayıtda kinoteatrın tikintisinə start verilib.  Şəhərin 2-ci mikrorayonu ərazisində kinoteatrın inşasına başlanılıb. Belə ki, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş «Nizami» kinoteatrı sökülərək yenidən tikilir. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək. Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan […]

Vergi orqanlarının xidməti heyətinin də maaşları artırıldı

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıqvəzifə maaşları və “Azərbaycan Respublikasının vergi orqanlarıişçilərinin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manata qaldırılıb. Bu qərar 2019-cu il martın 1-dən […]

Dünyanın üçüncü ultra-varlı adamı bu şəxs oldu

Onun var-dövləti 100,4 milyard dollar dəyərində qiymətləndirilir “Louis Vuitton Moët Hennessy (LVMH)” moda evinin sahibi Bernar Arno tarixdə var-dövləti 100 milyard dollara çatan üçüncü şəxs olub. “Bloomberg”ə istinadən xəbər verilir ki, hazırda Arnonun var-dövləti 100,4 milyard dollar dəyərində qiymətləndirilir. İlin əvvəlindən Arnonun aktivləri “LVMH”in səhmlərinin 43% bahalaşması hesabına 32 milyard dollar artıb. “Bloomberg” tərəfindən tərtib […]

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtdakı bir neçə internat məktəbinə baş çəkib — Foto

İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub. AZƏRTAC xəbər verir ki, əvvəlcə Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş […]

Bu il 4 ay ərzində Azərbaycanda 20 mindən çox insan dünyasını dəyişib

2019-cu ilin yanvar-aprel aylarında ölkədə 20135 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,3-dən 6,2-yə qədər azalıb. Bu ilin ilk dörd ayında qeydiyyat şöbələri tərəfindən 18273 nikah və 5562 boşanma halları qeydə alınıb  və əhalinin […]

Azərbaycan 32 maddədən ibarət olan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi” sənədinə qoşulub

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinə baxılıb. Gündəlikdəki məsələni təqdim edən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov öncə deputatlara bu qurumun yaranma tarixi barədə məlumat verib. Z.Əsgərov bildirib ki, ötən əsrin 20-ci illərində, I Dünya müharibəsindən sonra təsis olunan bu qurum […]

Sərnişinlərin nəzərinə! Bu avtobusların hərəkət xətti dəyişdirildi

Vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etmək məqsədi ilə iki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, belə ki, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində sakinlərin sərnişindaşımaya olan təlabatlarının təmin edilməsi üçün 185 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib. Dəyişiklik sayəsində kompleks sakinləri […]