Dərbənd meri Bakının şəhərsalma təcrübəsindən istifadə etmək istəyir — Video

«Azərbaycan paytaxtında çox böyük dəyişikliklər baş verib» Bunu Dərbənd şəhərinin meri Hizri Əbəkərov bildirib. O deyib ki, Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğu göz qabağındadır: «Hər dəfə gələndə buna təəccüblənməmək olmur». Mer köhnə «Qara şəhər» ərazisində salınmış «Bakı Ağşəhər» yaşayış kompleksi ilə tanış olduğunu söyləyib: «Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də sizin şəhərsalmadakı […]

İranın beynəlxalq narkotik ticarətində rolu

Narkotik maddələrin qanunsuz dövriyyəsi, bütün digər qeyri-qanuni fəaliyyət növləri ilə müqayisədə ən çox pul gətirən sahələrdən biridir. İran xüsusi xidmət orqanları, (təbii ki, ölkə rəhbərliyinin xeyir duası ilə) beynəlxalq narkotik maddə ticarətində aktiv iştirak edir. Onların bu ticarətdə əsas şəriki Xizbullah terror təşkilatı və Latın Amerikasından olan narkomafiyadır. İranda bu işin təşkili və nəzarəti SEPAH […]

Dövlət Miqrasiya Xidməti — 12 il

Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 12 il ötür Prezident İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra miqrasiya proseslərinin tənzimlənməsi məsələsi yeni ictimai-iqtisadi formasiyanın ən aktual problemlərindən biri kimi gündəliyə […]

Tarixin ən yaxşı futbol məşqçiləri kimlərdir? — Reyting

Fransanın “France Football” nəşri tarixin ən yaxşı futbol məşqçilərinin siyahısını açıqlayıb Reytinqə hollandiyalı Rinus Mixels başçılıq edir. Şotlandiyalı Aleks Ferqyuson ikinci sıradadır. “Üçlüy”ü italiyalı Ariqo Sakki qapayır. İlk “onluq”da həmçinin hollandiyalı Yohan Kroyff, ispaniyalı Xosep Qvardiola, ukraynalı Valeri Lobanovski, fransalı Elenio Errera, italiyalı Karlo Ançelotti, avstriyalı Ernst Happel və şotlandiyalı Bill Şenkli yer alıb. Qeyd […]

Türk Hava Yollarından Antalya-Bakı-Antalya istiqamətində birbaşa reys — Tarix bəlli oldu

Türk Hava Yolları 31 mart tarixindən etibarən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara start verir İlk mərhələdə — 31 mart-29 may aralığında baş tutacaq uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Bu tarixlər aralığında həftənin bazar ertəsi, çərşənbə və bazar günlərində Antalya-Bakı reysi reallaşdırılacaq. Əks istiqamətdə olan Bakı-Antalya reysi isə həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı […]

Nazir Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrikdə deyilir: «Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar! Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanımız naminə çətin, lakin şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Təbiətin əbədi qanunları və kainatın […]

Ölkə rəhbəri İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik məktubu ünvanlayıb Təbrikdə qeyd edilir: «Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram. Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki […]

İlaxır çərşənbədə yağış yağacaq

Ölkə ərazisində martın 19-na — ilaxır çərşənbəyə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında […]