İyunda neçə gün evdə olacağıq?

Gələn ayın qeyri-iş günləri açıqlandı. İyun ayında Ramazan Bayramı, Milli Qurtuluş günü və Silahlı Qüvvələr günü ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Bildirək ki, iyunun 5-6-da Ramazan Bayramı, iyunun 15-də Milli Qurtuluş günü, iyunun 26-da Silahlı Qüvvələr günü qeyd olunur. Həmin günlər iş olmayacaq. Mənbə fins.az

“Domodedovo” hava limanında bomba aşkarlandı və…

Moskvanın “Domodedovo” hava limanında baqajında təyyarəyə Böyük Vətən Müharibəsi illərindən qalmış və içərisindəki partlayıcısı zərərsizləşdirilmiş bomba keçirmək istəyən şəxs saxlanılıb. Hava limanının mühafizə xidmətindən verilən məlumata görə, həmin şəxs təyyarəyə buraxılmayıb.“Təhlükəsizlik xidməti transfer reysinin sərnişinin baqajında qadağan edilmiş əşya aşkarlayıb və onu reysdən kənarlaşdırıb. İlkin ehtimallara görə, bomba Böyük Vətən Müharibəsi illərinə aid idi və […]

Bakıda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq tam sürətlə davam edir

Dövlət Turizm Agentliyi digər dövlət orqanları ilə birgə UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün digər dövlət orqanları ilə, xüsusilə Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fəaliyyət göstərəcək. Qurumdan «Report»a verilən məlumata görə, azarkeşlərin gözlədiyi, 2018-ci ilin dekabr ayından etibarən biletləri satışa çıxarılan […]

Əhaliyə 11 May ilə bağlı xəbərdarlıq edildi

Bakı və Abşeron yarımadasının sakinləri xüsusilə ehtiyatlı olsunlar Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, gecə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verilir ki, hava gündüz dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, […]

Bu gün ölkənin ən böyük xeyriyyə fondu Heydər Əliyev Fondunun 15 illiyidir

Bu gün Heydər Əliyev Fondunun yaranma günüdür. Fondun 15 yaşı tamam olur. Heydər Əliyev Fondu Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.2004-cü ildən fəaliyyətə […]

Xəzər dənizində yanan gəmidə xəsarət alanların kimliyi bəlli olub — SİYAHI

Mayın 8-də axşam saatlarında Xəzər dənizində «Saipem» şirkəti tərəfindən əməliyyat işləri aparan «İsrafil Hüseynov» borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alanların adları məlum olub.Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 15 nəfərdən 1-i müayinə olunduqdan sonra evə buraxılıb, 14 nəfər isə xəstəxanaya yerləşdirilib.Hadisə nəticəsində ağır xəsarətlər […]

Dəmir yollarının ətrafı tam şəkildə hasarlanır — Foto

Dəmir yollarının kənarları dəmir barmaqlıqlarla hasarlanır Artıq bir neçə həftədir dəmir yolları boyunca dəmir barmaqlıqlar çəkilib. Dəmir hasarlar xüsusilə yaşayış evlərinə yaxın olan relslərin kənarına vurulub. Təhlükəsizlik baxımından atılan addım əhali tərəfindən də yüksək qiymətləndirilib. Yaşayış yerlərinə yaxın olan dəmir yolu relslərinin üzərinə vətəndaşların tez-tez çıxması, yolu qadağan edilmiş yerdən keçərkən qatarın gəldiyinə önəm verməməsi […]

Ölkə rəhbəri və birinci xanım ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak ediblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər. Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib. Mənbə trend.az