Bakı 20 ℃

USD 1.7
RUB 0.0279
EUR 1.754
TRY 0.0947
Qızıl 3044.734
Gümüş 34.6579

Azərbaycanda bələdiyyə sədri həbs olundu

Bələdiyyə sədrinin qanunsuz əməlləri ifşa olunub. Baş Prokurorluqdan EkoNews-a verilən məlumata görə, Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini […]

Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları təsdiqlənib

Nazirlər Kabineti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”nı təsdiqləyib. Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), xarici və yerli hüquqi və fiziki şəxslərin (maliyyələşdirən qurum) vəsaitləri hesabına bu Qaydalarla […]

Deputatdan işığın limitinə yenidən baxılması ilə bağlı TƏKLİF

Payız-qış mövsümü ilə əlaqədar əhalinin elektrik enerjisinə artan tələbatı həm də ödənişlərin yüksəlməsinə səbəb olub. Buna görə də böyük əksəriyyət işıq limitinə yenidən baxılmasını zəruri hesab edir. Məsələ ilə bağlı danışan deputat Fəzail Ağamalı bildirib ki, işıq limitinə yenidən baxılması üçün kifayət qədər iqtisadi əsaslar var: “Məsələ qaldırılanda vətəndaşların, seçicilərin mənə ünvanlanmış müraciətlərinə əsaslanmışdım. Doğrudur, etirazlardan sonra […]

Təhsil Nazirliyinin İdarəetmə Qrupunun vəzifələri bilindi

Təhsil Nazirliyinin nəzdində yaradılacaq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun vəzifələri müəyyənləşib. Bu Nazirlər Kabinetinin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsində əksini tapıb. İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft […]

Bugün Ümumdünya Salamlaşma Günüdür

Hər il noyabrın 21-i Ümumdünya Salamlaşma Günü (World Hello Day) kimi qeyd olunur. Onun əsas məqsədi ictimaiyyətin diqqətini sülhün qorunması üçün fərdi ünsiyyətin vacibliyinə yönəltməkdir. Çünki praktiki olaraq istənilən münaqişəni güc tətbiq etmədən, yalnız xoş ünsiyyət vasitəsi ilə həll etmək mümkündür. Salamlaşma bayramını Maykl və Brayen Makkomak adlı iki amerikalı qardaş 1973-cü ildə soyuq müharibənin […]

Xətainin heykəlinin yeri dəyişdirilir

Son günlər Bakının əsas magistral yollarından olan Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb. Hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır və tanınmış ingiltərəli memar Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır. Heykəl indiki yerindən bir qədər aralıya, həmin küçədə yerləşən, […]

Jan-Klod Van Damm Qəbələdəki heykəlinin fotosunu paylaşdı — foto

Dünyaca məşhur Amerikalı aktyor Jan-Klod Van Damm öz rəsmi Facebook səhifəsində müəllifi Azad Əliyev olan və Qəbələnin Vəndam kəndində ucaldılmış heykəlini paylaşıb və öz təşəkkürünü bildirib.

Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri başlayıb — FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Moskvanın “Vnukovo 2” Beynəlxalq Hava Limanında Birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İqor Boqdaşev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşıladılar. Mənbə AZƏRTAC