Bakı 17 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

Müdafiə naziri müşavirə keçirib döyüş hazırlığını yoxladı — FOTO — VİDEO

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərin mərhələlər üzrə epizodları çətin dağlıq relyefli ərazinin maketi üzərində işlənilib. Qeyd edək ki, sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin […]

Bu gün Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” keçirilir

Sentyabrın 19-da Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” keçirilir. “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illiyinə həsr olunduğunu deyib. “Caspian European Club” barədə məlumat verən T.Əliyev bildirib ki, klub 50 ölkədən 5000-dən çox şirkətlə əməkdaşlıq […]

Azərbaycanda yeni model avtomobil istehsal ediləcək

Naxçıvan Avtomobil Zavodunda yeni marka və modellərdə avtomobillər istehsal olunacaq. Bunu zavodun direktoru Səxavət Hümbətov deyib. Onun sözlərinə görə, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının rəhbəri Vüqar Abbasov və rəhbərlik etdiyi nümayəndə heyəti bu il avqustun 25-dən sentyabrın 1-dək Çin Xalq Respublikasında işgüzar səfərdə olub.Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Çinin “Lifan İndustrial Group”, “FAW İndustrial Group” […]

Neftçilər prospektində avtomobil aşıb — video

Bakının Nefçilər prospektində baş vermiş qəza zamanı, Opel və Volkswagen markalı iki avtomobil toqquşub, nəticədə Opel markalı avtomobil aşıb.

Ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilər müsadirə edilib

Azərbaycan gömrükçüləri 300 min manat dəyərində aksiz markasız spirtli içki və tütün məmulatının realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsindəki 1-ci yaşayış massivində əməliyyat-axtarış tədbirləri keçirilib. Bu zaman ərazidə yerləşən evin qarşısındakı «Ford Tourneo Connect» markalı avtomobildən müxtəlif növ […]

Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

Bu gün Çexiyada istifadə edilən neftin 1/3 hissəsi Azərbaycan neftinin payına düşür. Bu barədə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar Bakıda keçirilən beynəlxalq konfransa Çexiya Prezidenti Miloş Zemanın təbrik məktubunda deyilir. M.Zeman qeyd edib ki, rəhbərlik etdiyi ölkə Azərbaycanla əməkdaşlığın artmasında maraqlıdır: “Məhz bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan Çexiyanın iqtisadi baxımdan əməkdaşlıq etdiyi 5-ci ölkədir». Məktubu […]

Mobil telefonlardakı təqvim hansı təhlükədən xəbər verir?

Məxfilik parametrləri dəyişərkən məlumatların axtarış sistemində üzə çıxa biləcəyi barədə telefonun ekranında xəbərdarlıq görünür, lakin bir çox istifadəçilər bu xəbərdarlığa əhəmiyyət vermirlər Google Təqvim əlavəsində saxlanan yüzlərlə təqvim qoruma sistemindən kənar qalıb. Bu barədə təhlükəsizlik üzrə mütəxəssis Avinaş Cayn öz bloqunda yazıb. Müdafiə sistemindəki bu çatışmazlıq istənilən istifadəçiyə başqa şəxslərin və şirkətlərin tədbirlərinin vaxtını izləməyə, […]

Bakıda 11 küçədə təmir başlayacaq, hərəkət məhdudlaşdırılacaq

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. AAYDA-dan Trend-ə verilən məlumata görə, işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin […]