Bakı 30 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Körpülər və dəmir yollarına çıxışın məhdudlaşdırılması TƏKLİFİ

Dünyada intiharların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər yaş qrupunda intihar müşahidə edilir: «Dünyada intiharların yarıdan çoxu 45 yaşına qədər insanlar arasında müşahidə edilir. İntihar edən yeniyetmələrlərin […]

Türkiyədə təyyarə qəzası — Ölənlər var

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda təlim təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan şəxslərdən biri həlak olub, ikisi xəsarət alıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır. Mənbə azertag.az

Paytaxtda yerləşən 10 məktəb direktoru işdən çıxarıldı

Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək müqaviləsinə xitam verilib. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev «Bakı təhsili: uğurlar və hədəflər» mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən vəzifədə olmanın son yaş hədinə çatmış 27 direktorla […]

Təyyarə ilə Bakıya gələn Pakistan vətəndaşı saxlanıldı — SƏBƏB

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı «Yaşıl kanal» buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və «Qırmızı kanal»a yönləndirilib. Vətəndaşa məxsus çamadan rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb və təkrar baxış keçirilməsi üçün […]

Mehriban Əliyevanın təşəbbüsü ilə Şamaxıda Nəsimi 650 yazısı şəklində meşə salınacaq — FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkək aksiyası hər yerdə olduğu kimi, böyük şairin doğulduğu Şamaxı rayonunda da minnətdarlıqla qarşılanıb. Hazırda rayonda bu təşəbbüslə əlaqədar hazırlıq işləri aparılır. Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi […]

DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verilir. Agentlik sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə […]

İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2019-cu ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 82 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Nazirlikdən bildirilib ki, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər. Vətəndaş müraciətləri ilə əlaqədar xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı, həmçinin işəgötürənlər […]

Azərbaycan Özbəkistanla birgə turizm məhsulları yaradacaq

Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində, Əməkdaşlıq haqqında Memorandum imzalayıblar.  Sənədi Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Uluqbek Azamov imzalayıblar. Əməkdaşlıq haqqında Memorandum tərəflər arasında turizmin inkişafı sahəsində birgə əməkdaşlıq, o […]