Bakı 30 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Ermənilər dediklərini etdi — Şuşa məscidinin açılışı olacaq

Ermənistanın “Şərq İrsinin Dirçəlişi Fond”u oktyabrın 14-dən 21-nə qədər Ermənistanda və işğal alıtndakı Dağlıq Qarabağ torpaqlarında tədbirlər həyata keçirəcək. Erməni əsilli rusiyalı biznesmen Ruben Vardanyan və onun həyat yoldaşı Veronika Zonabend tərəfindən yaradılmış fond bu gün Şuşadakı Gövhər Ağa məscidinin təmirdən sonra açılış mərasimi keçirəcək. Tanınmaz hala salınan məscidin xarici turistləri cəlb etmək üçün muzeyə […]

Donald Tramp Nobel mükafatı davası edir

Bir neçə müddət öncə bu məsələ elə ABŞ prezidenti Donald Tramp tərəfindən New Yorkda qatıldığı tədbirlərin birində səsləndirilmişdir. Trump Nobel sülh mükafatının düzgün verilmədiyini qeyd edərək, özünün prezidentlik müddətində etdiyi siyasi fəaliyyətlərlə bu mükafata layiq olduğunu qeyd etmişdir. Trampın bu fikirləri səsləndirməyi əslində səbəbsiz deyil. Lakin belə bir sual ortaya çıxır Donald Tramp Nobel mükafatı […]

MDB ölkələrinin Müdafiə nazirləri Bakıda toplaşacaqlar

Oktyabrın 30-da Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib: “MDB Müdafiə Nazirləri Şurasının iclası oktyabrın 30-da Bakıda keçiriləcək”. Qeyd edək ki, oktyabrın 12-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında xidməti müşavirə keçirilib. Müşavirədə nazir Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının […]

Azərbaycanlıların Qazaxıstanda qeydiyyatsız qalmaq müddəti uzadıldı

Azərbaycan və Qazaxıstan qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişə dəyişiklik edilməsi barədə protokol imzalayıb. Müvafiq sənəd Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl imzalanıb. Protokolu Azərbaycan tərəfdən Xarici İşlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə Daxili İşlər naziri Yerlan Turqunbayev imzalayıb. Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində […]

Sərhədçilər 1 kiloqram narkotik aparan pozucunu saxlayıblar

Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılmaqla sərhəd pozucusu təqib edilib, ərazidə axtarış […]

Kanadaya aid təyyarə yerə çırpılıb

Kanada Kral Hərbi Hava Qüvvələrinə aid CT-144 təlim-məşq təyyarəsi ABŞ ərazisində qəzaya uğrayıb. Corciya ştatının Bruks şəhərində yerə çırpılıb. Pilot uğurla katapult edərək sağ qalmağı bacarıb. Qəzanın səbəbləri aydınlaşdırılır. Mənbə axar.az

Gecə Şirvan xəstəxanasına hücum olub — Foto

Şirvan Şəhər Xəstəxanasında dağıntılarla müşayiət olunan insident baş verib. Hacıqabulda baş vermiş avtoqəzada xəsarət alan sürücünün xəstəxanada dünyasını dəyişməsindən sonra onun yaxınları dağıntılar törədib, tibb işçilərini döyüblər. Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində avtoqəza zamanı ağır-kəllə beyin travması alan Füzuli sakini, 52 yaşlı Hüseynov Qəfər Qənimət oğlu axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib. Hadisədən qəzəblənən mərhumun […]

İran yenə sular altında — Körpü dağıldı, həyat iflic oldu

İranın şimalında yerləşən Gilan vilayətində leysan yağışlarının yağması və çayların daşması nəticəsində bir neçə körpü dağılıb. Teleqraf.com xəbər verir ki, bu barədə İranın Gilan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Rza Eslami məlumat yayıb. Onun sözlərinə görə, bir körpünün dağılması nəticəsində iki nəfər çaya düşüb. Onlardan biri xilas olsa da, digəri itkin düşüb. […]