Bakı 30 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Özbəkistan xam pambıq ixracını dayandıracaq

Gələn ildən etibarən Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq. Məhsulun hamısı ölkədə emal ediləcək. Bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov jurnalistlərə bildirib. O qeyd edib ki, xarici ölkələrə hazır toxuculuq məmulatları ixrac ediləcək.S.Umurzakov deyib: “Bu il Özbəkistandan xarici ölkələrə 2 milyard dollardan çox toxuculuq məmulatları ixrac olunacaq, 2025-ci ilə qədər isə […]

Türkiyəli ginekoloqdan qeysəriyyə əməliyyatı ilə bağlı qorxunc reallıq

Hamıya məlumdur ki, hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil. Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir.  Son zamanlar ölkəmizdə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadınların sayı artıb. Türkiyənin qadın xəstəlikləri uzmanı ginekoloq A.Karateke bu əməliyyatın böyük riskləri barədə xəbərdarlıq edib.  Onun sözlərinə […]

Təcili! Türk ordusu 30 kilometr irəlilədi: Aramsız raket zərbələri endirilir

Türkiyə ordusu sərhəddən 30 kilometr içəriyə doğru hərəkət edib və PKK/YPG-nin hədəflərini məhv edib. Türkiyə Silahlı Qüvvələri Tel-Abyaddakı hədəfləri də raketlərlə aramsız olaraq vurmağa başlayıb. Mənbə axar.az

Şuşa məscidi ilə bağlı BƏYANAT

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşadakı Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən “təmir-bərpası” ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: «İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan Şuşada Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır. Bu işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin […]

Rusiyadan azərbaycanlı miqrantlarla bağlı önəmli QƏRAR

Rusiya Nazirlər Kabineti iqtisadiyyatın ayrı-ayrı sahələrində istifadə oluna biləcək əcnəbi işçi kvotasını təsdiqləyib. Rusiya KİV-nə istinadən xəbər verilir ki, azərbaycanlı miqrantlara da şamil olunacaq yeni qaydalara əsasən, 2020-ci ildə sərnişindaşıma və yükdaşıma nəqliyyatında xarici işçilərin sayı 26%-dən artıq olmamalıdır. İdman sahəsində bu göstərici 25%, meyvə-tərəvəz satışında isə 50%-i keçə bilməz. 2019-cu ildə olduğu kimi, gələn […]

Almaniyada terror! Ölənlər var

Qalle şəhər polisinin «Twitter»də verdiyi məlumata görə, olayı törətmiş silahlı şəxs hadisə yerindən qaçıb. Almaniyanın Qalle şəhərində sinaqoqun yaxınlığında naməlum silahlı şəxs insanlara atəş açıb. APA-nın «Bild» qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər ölüb. Şəhər polisinin «Twitter»də verdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb. Onun atış açdığı yer isə sinaqoq olub. […]

Maarifləndirmə işlərinə baxmayaraq, 2000-ə yaxın şəxs siqaretə görə cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, 2019-cu ilin 9 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş […]

Məşhur azərbaycanlının cəzalandırılması tələb edilir

Məşhur blogger Hüseyn Həsənov dostları ilə birlikdə Samara şəhərində çox sayda yol hərəkəti qaydalarını pozaraq avtomobil yarışı təşkil edib Samara vilayətinin qubernatoru Dmitri Azarov gecə şəhərdə avtomobil yarışı təşkil etdikləri üçün Azərbaycan əsilli rusiyalı məşhur bloger Hüseyn Həsənov və onun dostlarının məsuliyyətə cəlbini tələb edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, gecə avtoxuliqanları […]