Şri-Lankada 3 partlayış baş verib

Budəfəki partlayışlar ölkənin şərqində yerləşən Kalmunay şəhərində antiterror əməliyyatları zamanı baş verib. Hadisənin təfərrüatları hələlik bilinmir. Xatırladaq ki, aprelin 21-də Şri-Lankada baş vermiş 8 partlayışda 250-260 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Mənbə qafqazinfo.az

Mehriban Əliyeva İçərişəhərdə görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərə gəlib.  Məlumata görə birinci xanım Kiçik Qala küçəsində yerləşən Qala divarları olan ərazidəki vəziyyətlə yerində tanış olub.  Mehriban Əliyeva sakinlərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.  Görüş zamanı bildirilib ki, ərazidə aparılan tikinti işləri Qala divarlarına heç bir zərər vurmayıb.

Böyük çayxanaya çevrilən Bakı!

Bir zamanlar qarşısında bilet almaq üçün növbə olardı. Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən «Bakı” kinoteatrı hazırda daha çox çayxana kimi tanınır. Çünki orada çayxana açılıb. Kinoteatrın arxa girəcəyində yeni çayxana tikilir. Bu səbəbdən də, hazırda içəriyə giriş bağlıdır. 450 nəfər tamaşaçı tutan salonda köhnə oturacaqlar yerində qalsa da, səhnədə çayxana yaradılıb. Çayxanaya […]

“Formula1”də qəza baş verib — Rassellin bolidi lyuka düşüb — Foto

Bakıda keçirilən “Formula 1” sərbəst yürüşündə maraqlı hadisə baş verib. Yolda olan lyuk açılıb. Bu zaman Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin bolidinin birinin təkəri ora düşüb. Daha sonra avtomobil evakuator vasitəsilə ərazidən aparılıb. Mənbə qafqazinfo.az

Nazir müavini Birinci vitse-prezident Mehriban Əliyevanı idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi təqdim etdi

Azərbaycanda gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib Bunu Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının açılış mərasimində çıxışı zamanı deyib. Nazir müavini qeyd edib ki, beynəlxalq arenada idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycan bu gün start götürəcək daha bir idman yarışına […]

İçərişəhər rəsmisi özünü hüquqşünas kimi təqdim edən Aslan İsmayılovu nəyə çağırdı?

«Həmin fotoları yayanlar diqqəti özlərinə cəlb etmək istəyirlər. Əslində, hüquqşünas olduğunu iddia edən bu adam İçərişəhərin qaydalarından xəbərsizdir». «Report» xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib. O, fotoları yayan hüquqşünas Aslan İsmayılovun qeyri-obyektiv olduğunu bildirib: «Mən də hüquqşünasam. Görünür, onun hüquqdan xəbəri […]

Fond Vüqar Həşimovun adına şahmat klubu yaratdı

Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun adını daşıyan fond növbəti böyük layihəni həyata keçirməyə hazırlaşır. Vüqar Həşimov Şahmat Fondu tanınmış şahmatçının adını daşıyacaq klub təsis edib. “Vüqar Həşimov” klubu artıq heyəti formalaşdırmağa başlayıb. İlkin danışıqlardan sonra Azərbaycan millisinin üzvləri Rauf Məmmədovla Qədir Hüseynov komanda yoldaşlarının adını daşıyan klubda çıxış etməyə razılıq verib. Şahmatçılar Vüqar Həşimov klubunda […]

Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub

Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub. Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq […]