İşığın da limiti artırıla bilər

Əhaliyə satılan təbii qaza tətbiq olunmuş limitin tamamilə ləğvi də istisna deyil Bu gündən etibarən təbii qazın əhaliyə pərakəndə satış tarifi üzrə illik istehlak həcminə tətbiq olunmuş limit 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb. Maraqlıdır, bu limitin də aradan qalıdırılması yaxud tamamilə ləğv edilməsi necə, müzakirə predmetidirmi? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi […]

Tezliklə Bakı metrolarında YENİLİK

Yaxın zamanda Bakı metrolarına ən son nəsil qatarlar buraxılacaq Bu barədə «Bakımetropoliteni» QSC-nin mətbut xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, iyun ayında 5 vaqondan ibarət bir qatar sistemi gətirilərək xəttə buraxılacaq. «Ümumiyətlə, ilin sonunadək 30 vaqondan ibarət 5 qatar gətiriləcək. Bu qatarlar ən son nəsil  beynəlxalq standartlara cavab verən qatarlardır. Bu qatarlarda kondinsioner, mirkoiqlim qurğuları yerləşdiirlib, […]

Ölkə rəhbəri İlham Əliyev qeyri-neft sektoruna artan maraqdan danışdı

Azərbaycan bu gün xarici sərmayələrin qoyuluşu üçün öz imkanlarını təqdim edir və bu, hər bir ölkə üçün çox önəmli məsələdir. Şadam ki, qeyri-neft sektoruna investorlar tərəfindən böyük maraq var. Burada əsas məsələ bürokratik əngəlləri aradan götürməkdir. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr […]

Azərbaycanda dini kolleclər olacaq

“Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində kolleclər (mədrəsə) fəaliyyət göstərəcək” Bunu  açıqlamasında QMİ sədrinin müavini Hacı Fuad Nurullayev deyib. O bildirib ki, dini təhsil müəssisələri 2, yaxud 4 illik olacaq: “Həmin kolleclər QMİ-nin tabeliyində olan məscidlərin nəzdində fəaliyyət göstərəcək. Ona görə də kolleclərin fəaliyyətə başlaması məsələsi artıq gündəmdədir. Hazırda bizim bir neçə mədrəsəmiz və kurslarımız […]

Nadir Qazipur Urmu gölünün canlandırılması üçün daha 10 milyard kubmetr suya ehtiyac olduğunu bildirdi

Urmiyənin İran parlamentiundəki millət vəkili Nadir Qazipur Urmu gölünün bərpası üçün canlandırma işlərinin davam etməsini istəyib O bu barədə çərşənbə axşamı günü Qərbi Azərbaycan Texniki Universitetində su sənayesi üzrə yeni texnologiya mövzusunda keçirilən tədbirdə danışıb. “Urmu gölünün normal vəziyyətə çatması üçün 14 milyard kubmetr həcmində su olmalıdır. Ona görə də daha 10 milyard kubmetr suya […]

Hindistanda niqab qadağan oluna bilər

Hindistanın millətçi “Şiv Sena” partiyası ölkə ərazisində niqab və burkaların qadağan olunmasını təklif edib. Partiya nümayəndələri bu təkliflə baş nazir Narendra Modiyə müraciət ediblər. Qeyd olunur ki, partiya Şri Lankanın nümunəsindən istifadə etməyə çağırıb. Belə ki, Şri Lanka hökuməti bir neçə gün əvvəl ölkə ərazisində üzü örtən geyimləri qadağan edib. Xatrıladaq ki, aprelin 21-də Şri […]

AMEA-nın yeni vitse-prezidenti bəlli oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən İllik Ümumi Yığıncağında vitse-prezidentlik vəzifəsinə gizli səsvermə olub. Səsvermə nəticəsində bu vəzifəyə akademik Rasim Əliquliyev seçilib. Mənbə report.az

Yol qaydalarını pozan sürücülərlə bağlı yeni qaydalar tətbiq olundu

Bakıda dayanma və ya durma, o cümlədən parklanma qaydalarının pozulması zamanı nəqliyyat vasitələrinin duracağa gətirilməsinə dair qayda dəyişib. Nazirlər Kabineti bununla bağlı «Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında» qərarında dəyişiklik edib. İndiyə qədər Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma qaydalarının pozulması ilə əlaqədar inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və […]