Bakı 30 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

Mehriban Əliyeva tarixi binanın sökülməsi məsələsinə müdaxilə etdi

Bir müddətdir ki, Bakıda Süleyman Rüstəm küçəsində yerləşən və əvvəllər «Molokan dua evi» kimi tanınan binanın sökülməsinin qarşısını almaq üçün, bir qrup gənc binada keşik çəkirdi. Bu məsələ mediada və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu. Bu gün, bir neçə saat öncə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi Instagram hesabı vasitəsi ilə məsələnin dövlətin nəzarətində olduğunu […]

Növbəti anti-sanitar şəkildə fəaliyyət göstərən toyuq sexi aşkarlandı — Foto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Samux rayonunun Nəbiağalı qəsəbəsində fəaliyyət göstərən quş emalı sexinə baxış keçirilib. Agentlikdən “Marja”ya daxil olmuş məlumata görə, baxış zamanı sexin qeyd olunan ünvanda heç bir dövlət qeydiyyatı olmadan gecə saatlarında qanunsuz fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib. Belə ki, […]

Norveçin Azərbaycandakı səfirliyi mayın 16-si fəaliyyətinə xitam verir

Norveçin Azərbaycandakı səfirliyi may ayının ortalarında fəaliyyətinə xitam verir. “Report”a səfirlikdən bildiriblər ki, son iş günü mayın 16-sı olacaq. Mayın 20-dən etibarən isə Azərbaycanla bağlı məsələlərlə Norveçin Ankaradakı səfirliyi məşğul olacaq. Bundan əvvəl Xarici İşlər Nazirliyi Norveçin Azərbaycandakı səfirliyinin bağlanmasına münasibət bildirmişdi. Mənbə report.az

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə icra başçıları vacib məsələ üçün toplandı

Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi keçirilib. İsmayıllı rayonunda baş tutan tədbirdə sözügedən rayonların icra hakimiyyətlərinin başçıları bu istiqamətdə görülmüş işlər barədə məlumat veriblər. İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqov bildirib ki, […]

Yeni metro stansiyası istifadəyə verilir

2020-ci ildə “Bakı Metropoliteni”nin Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədov bildirib ki, həmin stansiyanın arxasında dönmə kamerası (qatarın bir yoldan başqa yola çıxışını təmin edən infrastruktur) qurulur. “Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocahəsən deposunun […]

Baş nazirin müavini «əhaliyə pulsuz dərman verilməsi» məsələsinə aydınlıq gətirib

Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər həmin dərman vasitələri ilə təmin oluna bilərlər. Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini — İcra katibi Əli Əhmədov deyib. Baş nazirin müavini qeyd edib ki, dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına uyğun tutulur. Ə.Əhmədov […]

Prezident və xanımı Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak edib

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak ediblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2018-ci […]

Xətaidə ağaclara qənim kəsilən «cəllad»ın işi artıq prokurorluqda

Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Xatırladaq ki, 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi […]