DİQQƏT! Biləcəri dairəsində hərəkət dəyişdirildi — FOTO
Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb, səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfiqi nişanlanma xətləri çəkilib. Həmçinin 20 min […]
Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıb — SƏRƏNCAM
Prezident İlham Əliyev mayın 6-da “Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət […]
Azərbaycanın daha bir tarixi yeri sökülür
Bakı sakini: «İndi kinoteatra gedən qalıb ki» və ya xatirələr də məhv olacaq «1970-72-ci illərdə bir bina tikdilər. Kinoteatr binası olacaqda. Hamı sevinirdi. Elə adını da «Sevinc» qoydular. Qarşısında da park-fontan tikmişdilər. Ətraf binalarda yaşayanların istirahət mərkəzinə çevrilmişdi bu bina. İndi isə yerində uçuq-sökük bir tikili qalıb». Vaxtilə “Sevinc” adlanan, sonra “Təbriz”ə çevrilən, sabah isə […]
Bakıda piknik üçün ən gözəl yerlər və ünvanlar — Fotolar
Yaz və yay aylarında paytaxt sakinlərinin istirahəti üçün müxtəlif yerlər var. Sakinlər “piknik» etmək üçün Bakının müəyyən ərazilərindən istifadə etmək olar.«Sahil» qəsəbəsində belə bir yer var. Nisbətən sakit, maşınların olmadığı, səs-küydən uzaq olan bu yerə müxtəlif vaxtlarda «piknik» məqsədi ilə gələnlərin sayı az deyil. Bundan başqa, insanların rahat istirahət etməsi üçün Dədə Qorqud parkıdır. 2013-cü […]
Ankara İran təyyarələrinə yanacaq doldurma icazəsini dayandırıb
İran Hava Yolları Şirkətləri Assosiasiyasının katibi Maqsud Əsədi bildirib ki, hicri təqvimlə 1397-ci ildə (mart 2018-mart 2019-red.) İrandan xarici ölkələrə həyata keçirilən uçuşların həcmində 20% azalma müşahidə olunub. Əsədinin sözlərinə görə, bunun əsas səbəbi ölkə əhalisinin maddi vəziyyətinin kəskin aşağı düşməsidir. İran təyyarələrinin Türkiyə hava limanlarında yanacaq doldurması ilə bağlı gedən müzakirələrdən də danışan katib […]
Ermənilərin növbəti saxtakarlığı — Azərbaycanlı soyadı ilə qaçqın statusu almağa çalışırlar
Son bir ildə Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarının sayı artıb Bunu Ermənistanda fəaliyyət göstərən “Karitas” Fondunun rəhbəri Armine Yepremyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib. Onun sözlərinə görə, 2019-cu ilin aprelində 50 Ermənistan vətəndaşı Almaniyadan deportasiya edilib və ölkələrinə geri qaytarılıb. A.Yepremyan bildirib ki, son bir ildə sığınacaq üçün Almaniyaya getmiş 218 erməni ailəsindən 148-i […]
“Güzəştli mənzil” sistemində dəyişikliklər edilib
Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə «Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.EkoNews xəbər verir ki, bu barədə MİDA-nın açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, fərmanın icrasını təmin etmək üçün «Güzəştli mənzil” sistemində dəyişikliklər edilib. Agent banklardan güzəştli ipoteka kreditinin verilməsinə dair alınacaq […]
Dövlət məcburi köçkünlərə 2019-2020-ci illər üçün 2814 mənzil tikəcək
2019-2020-ci illərdə məcburi köçkünlər üçün 2814 mənzil tikiləcək Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında məlumat verilib. Kollegiya iclasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2019-2020-ci illərdə həyata keçiriləcək layihələr barədə məlumat dinlənilib. Qeyd edilib ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi əsasında, bu il Bakının Pirallahı rayonunda […]