Sabah 32 dərəcə istilik olacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, […]
Bakı — Ankara qatarının fəaliyyət göstərəcəyi vaxt bəlli oldu — FOTO
Bakı-Ankara qatarı bu ilin avqust ayında fəaliyyətə başlayacaq Səfərlər həftədə 1 dəfə Azərbaycan Dəmiryolları QSC tərəfindən «Stadler» şirkətindən alınmış qatarlar vasitəsilə həyata keçiriləcək. Gedişin qiyməti 97-201 AZN (350-800 tl) arasındadır, səfərin müddəti isə 40 saatdan çox olacaq. Qatar eyni anda 246 sərnişinə xidmət göstərə biləcək. 4 nəfərlik ailə, qruplar, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar […]
Qoşa Qala qapılarının bərpasına başlanıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tarixi XII əsrə söykənən Qoşa Qala qapılarının bərpasına başlayıb İdarədən verilən məlumata görə, Qoşa Qala qapılarında aparılan bərpa-konservasiya işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir. Layihəyə əsasən, Qoşa Qala qapıları həm İçərişəhər (daxili), həm də Bayırşəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Bərpa və konservasiya işləri öncə […]
Sərnişinlərin nəzərinə! Bu marşrutun da xətti dəyişdirilir
Bir neçə gün davam edəcək təmir işlərinin yekununda həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait təmin ediləcək Xocasən yolunda gedən təmir işləri ilə əlaqədar olaraq 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqaməti dəyişdirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən 596 saylı marşrut xətti üzrə […]
Sumqayıt bulvarı genişləndirilir
Mayın 7-də Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub Trend-in məlumatına görə, hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib […]
2019-cu ilin ilk 3 ayı ərzində sürücülərə 23 milyon manatlıq cərimə yazıldı — RƏSMİ statistika
2019-cu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz azalaraq 701,6 min olub. Xətaların 42,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz az), 11,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (1,2 […]
DSX rəisi Ermənistanla təmas xəttində Sərhədçilərlə görüşüb, tapşırıqlar verib — FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. E.Quliyev sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi […]
Nazirlikdən Mehriban Əliyevanın göstərişi ilə bağlı AÇIQLAMA
Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən, əvvəllər “Malakan dua evi” kimi tanınan tarixi bina Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunan abidələr siyahısına daxil deyil Bu sözləri açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov sözügedən binanın sökülməsi ilə bağlı yayılan məlumatlara […]