Bakı 20 ℃

USD 1.7
RUB 0.0279
EUR 1.754
TRY 0.0947
Qızıl 3044.734
Gümüş 34.6579

Ermənilərin növbəti saxtakarlığı — Azərbaycanlı soyadı ilə qaçqın statusu almağa çalışırlar

Son bir ildə Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarının sayı artıb Bunu Ermənistanda fəaliyyət göstərən “Karitas” Fondunun rəhbəri Armine Yepremyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib. Onun sözlərinə görə, 2019-cu ilin aprelində 50 Ermənistan vətəndaşı Almaniyadan deportasiya edilib və ölkələrinə geri qaytarılıb. A.Yepremyan bildirib ki, son bir ildə sığınacaq üçün Almaniyaya getmiş 218 erməni ailəsindən 148-i […]

“Güzəştli mənzil” sistemində dəyişikliklər edilib

Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə «Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.EkoNews xəbər verir ki, bu barədə MİDA-nın açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, fərmanın icrasını təmin etmək üçün «Güzəştli mənzil” sistemində dəyişikliklər edilib. Agent banklardan güzəştli ipoteka kreditinin verilməsinə dair alınacaq […]

Dövlət məcburi köçkünlərə 2019-2020-ci illər üçün 2814 mənzil tikəcək

2019-2020-ci illərdə məcburi köçkünlər üçün 2814 mənzil tikiləcək Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında məlumat verilib.  Kollegiya iclasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2019-2020-ci illərdə həyata keçiriləcək layihələr barədə məlumat dinlənilib. Qeyd edilib ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi əsasında, bu il Bakının Pirallahı rayonunda […]

Tarixi adlarda kolbasaların istehalına başlanıb

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası nəticəsində ölkəmizdə ət məhsulları istehsalı sektorunun hərtərəfli dəstəklənməsi və onun daha da genişlənməsi üçün əlverişli mühit yaradılıb. Elə bunun məntiqi yekunudur ki, son illər ərzində Azərbaycanda halal, təmiz və ekoloji sağlam ət məhsulları istehsal edilir. Ölkəmizin ət və ət məhsulları istehsalı sektorunda aparıcı mövqeyə malik olan şirkətlərdən […]

“ASAN xidmət” növbəti yeniliyini təqdim etdi — “Android” telefonlar üçün MOBİL TƏTBİQ

Bu gün “ASAN xidmət” mobil tətbiqinin təqdimat mərasimi keçirilib. Vətəndaşlar “ASAN xidmət” mobil tətbiqini “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər. Tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər.Vətəndaşlar mobil tətbiq vasitəsi ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müvafiq xidmət […]

Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib. Təbrikdə deyilir: «Əziz həmvətənlər. Sizi Ramazan ayının – orucluq və mənəvi yenilənmə, düşünmək və dua etmək, bağışlamaq və mərhəmət ayının başlanması münasibətilə təbrik edirəm. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib və xeyirxah işlər dövrüdür. Azərbaycanda çoxəsrlik […]

ABŞ prezidenti müsəlmanları təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib Ağ ev tərəfindən yayılan təbrikdə Tramp Ramazan ayının müqəddəs Quranın Məhəmməd Peyğəmbərə nazil edildiyi zaman qeyd olunduğunu bildirib. Deyib ki, Ramazan ayı boyunca müsəlmanlar şəfəqdən gecəyə qədər oruc saxlayır, Qurandan surələr oxuyur və başqa insanlara qarşı xeyirxah əməllər edirlər. Tramp insanların Ramazan ruhunda, […]

“Diqlas” yandı, daha sonra “Akkord”iş başına keçdi

“Akkord” şirkəti Bakıxanov qəsəbəsindəki “Uğur 2” yaşayış kompleksinə daxil olan alkapon üzlüklü binaların üzlüklərini dəyişir “Diqlas” Ticarət Mərkəzinin binasında baş verən dəhşətli yanğından sonra şirkət belə bir qərar qəbul edib. İki mindən çox sakinin yaşadığı “Uğur 2” kompleksinə daxil olan 8 binanın hamısı alkapon üzlüklə örtülüdür. Yanğın təhlükəsini nəzərə alan şirkət üzlüklərin tamamilə sökülməsi qərarını […]