Bakı 20 ℃

USD 1.7
RUB 0.0279
EUR 1.754
TRY 0.0947
Qızıl 3044.734
Gümüş 34.6579

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Qran-Prisinin əsas mərhələsini izləyiblər

Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar. Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq […]

Bu gün pravoslav xristianlar Pasxanı qeyd ediblər

Tolerant və multikultural ölkə olan Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin və milliyyətlərin nümayəndələri yüz illərdir yan-yana, sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Aprelin 27-dən 28-nə keçən gecə Bakıdakı Müqəddəslər Jen-Mironosets Kafedral kilsəsində pravoslav xristianlar mübarək Pasxanı qeyd ediblər. Pravoslav xristianlar kilsədə bayram ayinini yerinə yetiriblər. Onlar müqəddəs moizələrə qulaq asıb, şam yandırıblar. Pasxa xristianların ən qədim, […]

Sabah 27 dərəcə istilik olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Hava şəraiti yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 9-13° isti, […]

Zərifə Əliyeva — 96

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, «Vestnik oftalmoloqii» (Moskva) jurnalı redaksiya heyətinin üzvü olub Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd olunur. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan MR-in Şərur rayonunda anadan olub. 1947-ci ildə N.Nərimanov […]

20 min 180 şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsini, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində […]

Dünyanın ən yüksəkdə yerləşən tuneli istifadəyə verilib

Çinin Tibet muxtar regionunda dəniz səviyyəsindən 4750 metr yüksəklikdə, dağlıq ərazidə avtomobil tuneli istifadəyə verilib. Bu, dünyada ən yüksək ərazidə yerləşən avtomobil tunelidir. Bölgənin inzibati mərkəzi olan Lhasa şəhəri ilə Nyinqçi şəhərini birləşdirən magistral yolun üzərində yerləşən tunelin uzunluğu 5,7 kilometrdir. Mila dağında ikizolaqlı avtomobil yolunun keçdiyi tunelin inşasına 2015-ci ildə başlanılıb. Çətin relyefdə və […]

Fransa sahillərində yüzlərlə ölü delfin — Foto

Bu yaz Biskay körfəzinin sahilində əksəriyyəti delfinlər olmaqla, 1,2 min kiçik balinaya bənzər ölü heyvan tapılıb. Fransız ekoloqları hesab edirlər ki, əslində, ölən heyvanların sayı dörd dəfə artıqdır və dalğalar onların heç də hamısının cəsədlərini sahilə çıxarmayıb. PELAGIS təbiəti mühafizə təşkilatının ekoloqu Olivye van Kanneyt deyib: “Delfinlərin 85 faizi xəsarət almışdı. Bu, onların təsadüfən balıqçı […]

BMT və Avropa İttifaqı nüvə materiallarının “qara bazar”a yol tapmasından narahatdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqı (Aİ) nüvə terrorçuluğu təhlükəsinin qarşısını almaq üçün nüvə materiallarının “qara bazar”a yol tapmasına qarşı beynəlxalq əməkdaşlığı möhkəmləndirməyə çağırıblar. BMT-nin rəsmi saytına istinadla xəbər verilir ki, onlar bu məqsədlə qanunvericilik bazasının möhkəmləndirilməsi və sərhəd nəzarətinin gücləndirilməsini nəzərdə tutan birgə layihə hazırlayıblar. Layihədə, həmçinin bu sahədə hökumətlər və hüquq-mühafizə orqanları […]