Bakı 22 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

İçərişəhər rəsmisi özünü hüquqşünas kimi təqdim edən Aslan İsmayılovu nəyə çağırdı?

«Həmin fotoları yayanlar diqqəti özlərinə cəlb etmək istəyirlər. Əslində, hüquqşünas olduğunu iddia edən bu adam İçərişəhərin qaydalarından xəbərsizdir». «Report» xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib. O, fotoları yayan hüquqşünas Aslan İsmayılovun qeyri-obyektiv olduğunu bildirib: «Mən də hüquqşünasam. Görünür, onun hüquqdan xəbəri […]

Fond Vüqar Həşimovun adına şahmat klubu yaratdı

Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun adını daşıyan fond növbəti böyük layihəni həyata keçirməyə hazırlaşır. Vüqar Həşimov Şahmat Fondu tanınmış şahmatçının adını daşıyacaq klub təsis edib. “Vüqar Həşimov” klubu artıq heyəti formalaşdırmağa başlayıb. İlkin danışıqlardan sonra Azərbaycan millisinin üzvləri Rauf Məmmədovla Qədir Hüseynov komanda yoldaşlarının adını daşıyan klubda çıxış etməyə razılıq verib. Şahmatçılar Vüqar Həşimov klubunda […]

Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub

Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub. Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq […]

25 il sonra Qarabağ döyüşlərində itkin düşmüş əsgərin məzarı tapılıb — FOTO

Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini İlqar Həsənalı oğlu Nəcəfovun məzarı 25 ildən sonra İmişli rayonunda aşkarlanıb. “Report”un Aran bürosu xəbər verir ki, şəhidin atası Həsənalı Nəcəfovİmişlinin Şəmmədli kənd qəbiristanlığında naməlum şəhid məzarlığı olduğunu öyrəndikdən sonra rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb. Ona vaxtilə həmin qəbiristanlıqda 32 naməlum şəhidin […]

Növbəti dəhşət saçan qanunsuz toyuq sexi — Fotolar

Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib Agentlikdən «Marja»ya daxil olmuş məlumata görə, baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və […]

Efirdən uzaq qalan dəyərimiz Nailə İslamzadə nələrdən gileyləndi?

Soyadlarımıza görə həmişə elə biliblər ki, Akif İslamzadənin həyat yoldaşıyam. Hətta hərdən deyirlər ki, yoldaşınız oxumur. Deyirəm, onsuz da oxumurdu Bu sözləri əməkdar artist, sevilən teleaparıcı Nailə İslamzadə rejissor Nail Naiboğlunun “21 sual” adlı Youtube layihəsinin suallarını cavablandırarkən deyib. N.İslamzadə bildirib ki, indi də bir çoxu onu Sara xanımın gəlini bilir: “Efirə Uluxanova kimi gəldim. […]

Məleykə Abbaszadə qabiliyyət imtahanlarının şərtlərində edilən dəyişikliklərlə bağlı danışdı

“Qabiliyyət imtahanlarının şərtlərində edilən dəyişikliklər xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda müsabiqə vəziyyətinin yüksəldilməsinə, yəni öz ərizələrində həmin ixtisasları göstərənlərin sayının artmasına müsbət təsir göstərəcək”. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Xüsusi qabiliyyət imtahanları” jurnalının ön sözündə yazıb. O qeyd edib ki, bu, seçimin keyfiyyətinin artmasının ən […]

Ermənilər yenə də azyaşlıları atəşə tutdu

Ermənistan ordusu Ağdamın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqəsini atəşə tutub.Hadisə Çıraqlı kəndində baş verib.Ermənistan silahlı qüvvələrinin bölmələri dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar azyaşlı kənd sakinləri olub. Kənd sakinlərinin verdiyi məlumata görə, uşaqlar arasında xəsarət alan olmayıb. Yaranmış vəziyyətdən qorxan uşaqlardan birinin vəziyyəti pisləşib.Bu səbəbdən Çıraqlı kənd sakini, 13 yaşlı Vüsalə Məmmədova təcili […]