Bu məşhur obyektlər Xəzərə qənim kəsilib

«Vətəndaşlarımızı, obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa, axarları və Xəzər dənizini çirkləndirməməyə çağırırıq». Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) idarə rəisi Ərəstun Həsənov bildirib. O, Xəzər dənizinin Xaçmaz rayonu hissəsində aparılan monitorinqin nəticələrini açıqlayıb: «Ekologiya və Təbii Sərvətlər Nazirliyinin […]

Bəzi yol və prospektlərdə təmir işləri aparılacaq

Bakı şəhəri, Qala-Pirallahı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bundan başqa, Nobel prospektində üfiqi nişanlanma xətləri yenidən rənglənir. Gecə saatlarında isə Heydər Əliyev prospektinin şəhər istiqamərtində olan hissəsində də üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan […]

Əcnəbi turistlərin marağına səbəb olan Ləzə kəndindən REPORTAJ

Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Ləzə kəndi əcnəbi turistlər arasında hər il daha da məşhurlaşır. Şahdağ Turizm Mərkəzi istifadəyə veriləndən sonra əsrarəngiz təbiət mənzərələri ilə zəngin bu kəndə gələn xarici qonaqların sayı artıb. Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə hər gün yerli və əcnəbi tursitlərlə rastlaşmaq […]

ABŞ-ın Nyu Meksika ştatının paytaxtında 28 may “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Nyu Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Alan Veber (Alan M. Webber) tərəfindən müvafiq bəyannamə imzalanıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük […]

«Qırmızı Körpü» gömrük postu bağlandı

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb Dünən saat 19-35 dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən «Qırmızı Körpü» gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyətyaranıb. Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub. Dövlət […]

Astaralılar qorxu içində — Sürüşmə insanları evsiz qoyur (Foto)

Təxminən 1 hektara yaxın ərazidə torpaq qatı sürüşüb Astara rayonunda daha bir ev torpaq sürüşməsinin qurbanı olub. Bu dəfə rayonun Kijəbə qəsəbəsində Səfail Hidayətova məxsus evin bir hissəsi uçub. Ev sahibi S.Hidayətovun bildirdiyinə əsasən, bu ərazidə ilk dəfə torpaq sürüşməsi ilə qarşılaşıb: «Bu evi 1987-ci ildə inşa etmişəm. Bu il yağıntılar çox oldu. Aprel ayının […]

«Barcelona» «Liverpool»a acımadı — 3:0

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçları başa çatıb İspaniyanın «Barselona» klubu öz meydanında İngiltərə təmsilçisi «Liverpul»u qəbul edib. «Barselona» 3:0 hesablı qələbə qazanıb. Görüşdə qolları Suares 26-cı dəqiqədə, Messi 75 və 82-ci dəqiqədə vurub.Cavab görüşü bir həftə sonra İngiltərədə keçiriləcək. Mənbə axar.az

Erməni əsilli iş adamının xülyası — «Beşiktaş»ın prezidenti olmaq istəyir

Erməni əsilli Türkiyə vətəndaşı «Beşiktaş»ın prezidenti olmaq istəyir. Fins.az xəbər verir ki, klubun «Çarşı» azarkeş qrupunun keçmiş lideri Alen Markaryan İstanbul prezidentinə rəhbərlik etmək iddiasını ortaya qoyub. Bu barədə o, «Hat-Trick» proqramında açıqlama verib: «Gələcəkdə «Beşiktaş»ın prezidenti olmaq istəyirəm. Bunu kim istəməz ki? «Beşiktaş»a illərlə tribunada xidmət etdik. İstanbulda və səfərdə heç bir zaman komandamızı […]