Bakı 18 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

İlham Əliyev Şuşada “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar. Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar. Dövlətimizin başçısına və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar […]

Xəzər dənizində aşkarlanan gəmi minaları zərərsizləşdirilib

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb. Bu barədə Gulustan.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib. […]

Rusiyada qubernatorlar istefa verdilər

Rusiya Federasiyasının Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin və onun Kirov vilayətindən olan həmkarı İqor Vasilyev səlahiyyət müddətinin sona yaxınlaşması ilə əlaqədar öz vəzifələrini tərk edəcəklərini bildiriblər. Jvaçkin bildirib ki, bu ilin yanvarında onun 65 yaşı tamam olub və o, ölkənin ən qocaman rayon rəhbərlərindən biridir. Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib. “Mən qanunlara əməl […]

Azərbaycanda son sutkada 6 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gulustan.info-ya verilən məlumata görə, ölən olmayıb.

Ermənistanda 35 nəfər etirazlar zamanı saxlanılıb

Ermənistanda müxalifət bu gün də iqtidar əleyhinə mitinq keçirir. İrəvanın müxtəlif yerlərində keçirilən aksiyalar zamanı 35 vətəndaş saxlanılıb. Vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuş əmələ, yəni polis əməkdaşının qanuni tələbini yerinə yetirmədiklərinə görə tutulublar.

Şanxayda COVID-19 pandemiyasına görə metro bağlanıb

Çərşənbə axşamı günortadan sonra Şanxay metrosunun son iki xətti də bağlanıb və beləliklə şəhər metrosu fəaliyyətini tamamilə dayandırıb. “10 may 2022-ci il saat 13:00-dan növbəti bildirişə qədər Şanxay metrosunun altıncı və on altıncı xətləri fəaliyyətlərini dayandırıb. Hazırda Şanxay metrosunun bütün xətləri və stansiyaları qeyri-işlək rejimdədir”, – deyə metropolitenin “Weibo” sosial media hesabında yayımlanan məlumatında qeyd […]

Mixeil Saakaşvili həbsxanadan klinikaya köçürülə bilər

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisidəki özəl klinikalardan birinə köçürülə bilər.   Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə bildirib. Nazir qeyd edib ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağırlaşmasının qarşısını almaq üçün onun xəstəxanaya köçürülməsi təklif olunur: “Məhbus Saakaşvili özəl klinikada müayinədən keçirilə və lazım gələcəyi halda müalicə də ala biləcək”. Qeyd edək ki, M.Saakaşvilinin sağlamlıq durumunun […]