Güclü küləkdən özünüzü qoruyun — XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti gecədən başlayan güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib. BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, hazırda paytaxtda güclü külək müşahidə olunduğundan vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir: “Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli […]

Əfv sərəncamı məhbuslara sevinc yaşatdı — Fotolar

Əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində də icra olunub Bu müəssisəsdə cəza çəkən 4 məhbus azadlığa buraxılıb. Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib. Əfv sərəncamı şamil edilənlərdən 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş […]

Emin Millidən ölkə rəhbərinə təşəkkür və ölkəyə qayıtmaq istəyi

Meydan TV-nin rəhbəri Emin Milli Prezident İlham Əliyevətəşəkkür edib.  Prezidentin əfv sərəncamı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. Müxalifyönlü şəxslər də bu sərəncama görə Prezidentə təşəkkür edib. Hazırda xaricdə yaşayan blogger, Meydan TV-nin rəhbəri Emin Milli Prezidentə təşəkkür statusu yazıb. Həmin statusu təqdim edirik:  İlham Əliyevə təbrikim. İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi […]

Facebook niyə 1.5 milyon videonu sildi?

Feysbuk Yeni Zelandiyadakı teraktla bağlı 1.5 milyon videonu silib.Bu barədə şirkətin Yeni Zelandiya üzrə təmsilçisi Mia Harlik danışıb. “İlk 24 saatda dünya üzrə 1.5 milyon görüntü sildik. Bunlardan 1.2 milyonu hələ yüklənmə mərhələsində ikən bloklandı”, – Harlik bildirib. Mənbə musavat.az

Ölkə rəhbərinin imzaladığı fərmanla Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı azadlığa buraxılıb

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunub. Bu cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb. Onların arasında, AXCP sədrinin müavini Gözəl Bayramlı, eləcə də Şəmsiyyə Bəylərqızı da var.  Həmin şəxslərə buraxılış arayışları təqdim olunub. Qeyd edək ki, sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub Mənbə report.az

Nardaran hadisələrində günahlandırılanlar əfv siyahısında

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə “Nardaran hadisələri”nə görə həbs edilənlərdən azadlığa buraxılanlar da var Onların sırasında Zülfüqar Mikayılov 17 il, Rasim Cəbrayılov 17 il, Elçin Qasımov 15 il, Ruzi İsmayılov 15 il, Elman Ağayev 13 il, Ramil Əliyev, Seymur Aslanov, Elxan Həsənov, Əli Hüseynovun hər biri 12 il 3 ay, Elvin […]

Ermənilər rusiyalı müğənnini pis vəziyyətdə qoydu — Konsert ləğv edildi

Rusiyalı müğənni Stas Mixaylov İrəvanda aprelin 2-də keçirilməsi nəzərdə tutulan solo konsertini ləğv edib Bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb. Mixaylov konsertini təşkilatçıların vicdansızlığı və razılaşmanın şərtərini icra etməməli ucbatından ləğv edib. O, bütün biletlərin geri qaytarılacağını bildirib. Mənbə musavat.az

Mariana Vasileva: «Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb»

Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva sayəsində ölkədə gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb Bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib. Baş məşqçi bildirib ki, bu il Bakı dünyanın gimnastika paytaxtına çevriləcək: «Fevralda bizdə batut üzrə Dünya Kuboku keçirilib. Bu günlərdə idman gimnastikası üzrə Dünya Kuboku keçirilir. […]