Diqqət! Bu yollarda sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər. Qeyd edilib ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir: «Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda […]

Vəziyyət gərginləşir — İran Tel-Əviv də olmaqla daha 34 məntəqəni hədəfə aldı

“Aralarında İsrailin paytaxtı Təl-Əviv də olmaqla ABŞ-ın bölgədəki həyati əhəmiyyətli 35 məntəqəsi İran ordusunun hədəfindədir”. İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Qulam Əbu Həmzə belə açıqlama verib. O bildirib ki, bu hədəflər bir müddət əvvəl müəyyən edilib. Hörmüz boğazından və Oman dənizindən ABŞ-a məxsus hərbi gəmilərin keçdiyinə diqqət çəkən komandan, həmin vasitələrin də hədəfdə olduğuna […]

Ruhani ABŞ-ın Yaxın Şərq üçün yeni təhlükəli yol girdiyini bildirib

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymanini öldürməklə Yaxın Şərq üçün yeni və təhlükəli yola girdi.  “RİA Novosti” xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.  Tehranda Qətərin Xarici İşlər Naziri Muhammed İbn Abdurrahman Əl Tani ilə görüşdən sonra açıqlama verən İran dövlət başçısı qeyd edib ki, regiondakı dövlətlər mütləq əlaqədə […]

Süleymaninin öldürülməsindən sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib

Nyu-Yorkun qubernatoru Endrü KuomoBağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin öldürülməsi fonunda bütün ştat ərazisində təhlükəsizlik tədbirlərini gücləndirmək barədə göstəriş verib. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kuomo özünün “Twitter”dəki səhifəsində yazıb.  «Yaxın Şərqdə artan gərginlik şəraitində mən ştatın bütün ərazisində infrastrukturun əhəmiyyətli obyektlərində təhlükəsizlik tədbirlərini […]

FİFA futbolda bu qaydaları dəyişir

FİFA oyundan kənar vəziyyət qaydalarında ciddi dəyişiklik edəcək. Goal.az xəbər verir ki, ofsayd rəqib futbolçunun bütün bədəni müdafiəçidən irəlidə olduqda və onlar arasında aydın məsafə qeydə alındığı zaman tətbiq olunacaq. Beynəlxalq Futbol Assosiasiyaları Şurası fevralın 29-u yeni qaydanı qəbul edəcək. İndiki ofsayd qaydaları 1990-cı ildə qəbul olunub. Mənbə axar.az

FHN-dən “Eurohome”-un tikinti-quraşdırma işinə QADAĞA

«Hazırda «Eurohome» ticarət mərkəzinin yanğından yararsız vəziyyətə düşmüş sahələrində tikinti-quraşdırma işləri aparılmaqdadır. Hadisədən bir aydan az müddətin keçməsinə baxmayaraq, baş vermiş yanğın hadisəsindən obyektin rəhbərliyi tərəfindən lazımi nəticə çıxarılmayıb, tikinti qanunvericiliyinə məhəl qoyulmadan, layihə sənədləri FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan təkrarən tikinti-quraşdırma işlərinə başlanılıb». Bunu sorğuya cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət […]

XƏBƏRDARLIQ! Yollar buz bağlayacaq

Ötən gecədən ölkə ərazisinə yağmağa başlayan intensiv qar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan və Ağsu dolaylarından keçən hissələrində, eləcə də Muğanlı-İsmayıllı yolunda daha çox müşahidə edilib. Yolların qardan təmizlənməsi üçün gecə saatlarından əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə duz və qum səpilərək avtomobillərin hərəkəti təmin edilib. Hazırda Ağsu dolaylarında hər iki istiqamətdə […]

Latviya rus dilini bərpa etmək istədi, amma alınmadı

Latviya Mərkəzi Seçki Komissiyası (MSK) məktəblərdə digər dillərdə, o cümlədən rus dilində təhsil verilməsi ilə bağlı ümumxalq referendumunun keçirilməsi üçün imza toplanılmasına etiraz edib. MSK bu qərarı Ədliyyə və Təhsil nazirliklərinin, həmçinin Ombudsman bürosunun rəyləri əsasında qəbul edib. “Ədliyyə Nazirliyi qanun layihəsinin hüquqi olaraq düzgün tərtib edilmədiyini bildirib. Həmçinin, qanun layihəsi məzmunca da tələblərə cavab […]